Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,84 ABŞ dolları, yaxud 5,22 % azalaraq 69,64 ABŞ dolları təşkil edib.
Bu barədə Viral.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 67,9 ABŞ dolları təşkil edib.
Son Yazılar:
- Zelenski iki Çin vətəndaşının əsir götürüldüyünü AÇIQLADI
- ADY qatarlara daş atanlarla bağlı çağırış etdi
- Vilayət Eyvazov qəbul keçirdi – VİDEO
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,79 ABŞ dolları və ya 5,28 % azalaraq 68,02 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.