Ötən gün əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 86 dollar ucuzlaşıb.
Viral.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 2,76% azalaraq 3,035.40 ABŞ dollarına enib. Qızılın əvvəlki qiyməti isə 3 125,6 dollar təşkil etmişdi. Qızılın spot qiyməti isə unsiya üzrə 77,1 dollar və ya 2,47% azalaraq 3,038.24 dollara enib.
COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 8,57% və ya 2,74 dollar azalaraq 29.23 ABŞ dollarına bərabər olub.
Son Yazılar:
- Zelenski iki Çin vətəndaşının əsir götürüldüyünü AÇIQLADI
- ADY qatarlara daş atanlarla bağlı çağırış etdi
- Vilayət Eyvazov qəbul keçirdi – VİDEO
Analitiklər hesab edirlər ki, qızılın ucuzlaşmasına əsas səbəb tariflərin ABŞ və Çinin qarşılıqlı tarifləri artırması fonunda qlobal ticarət gərginlikləri və qiymətlərin pik həddə çatmasından sonra bəzi investorların mənfəəti reallaşdırmaq üçün qızıl satışının artırması ilə bağlıdır. Bundan əlavə, qlobal maliyyə bazarlarında genişmiqyaslı satış dalğası fonunda investorlar likvidlik əldə etmək üçün müxtəlif aktivləri, o cümlədən qızıl satışı həyata keçirirlər. Bu isə qiymətlərdə enişə səbəb olur.