Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə göstərilən xarici yardım donor icmasının başqa yerlərdə oxşar məsələlərə verdiyi töhfələrin səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.
Viral.az Report-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMT-nin mənzil qərargahında Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və BMTM-in birgə təşkilatçılığı ilə “Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlı brifinqdə danışıb.
O qeyd edib ki, 2020-ci ildən genişmiqyaslı humanitar minatəmizləmə işlərinin başlanğıcından bəri xarici yardım Azərbaycanda humanitar minatəmizləməyə ayrılan resursların yalnız 6 faizini təşkil edib:
Son Yazılar:
- Zelenski iki Çin vətəndaşının əsir götürüldüyünü AÇIQLADI
- ADY qatarlara daş atanlarla bağlı çağırış etdi
- Vilayət Eyvazov qəbul keçirdi – VİDEO
“Bu, həm Azərbaycanın üzləşdiyi minatəmizləmə problemlərinin ciddiliyi baxımından, həm də beynəlxalq donor icmasının adətən başqa yerlərdə oxşar məsələlərə verdiyi töhfələrin səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır”.