“Putin qeyri-adekvatdır və ya Ukraynanın ələ keçirilməsi ilə bağlı digər ölkələrlə razılaşmaları var”.
Son Yazılar:
- Kəlbəcərdə 3,7 maqnitudalı zəlzələ OLDU
- Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə ETDİ
- Almaniyada məktəblərə təhdid dolu mesajlar
Viral.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “The New York Times”a deyib.
“O, qeyri-adekvat insandır, çünki adekvat insan başqa dövlətə qarşı tam miqyasda döyüşə gedə bilməz. O, qeyri-adekvatdır və ya bunun üçün ona heç nə olmayacağını bilirdi. Bu o deməkdir ki, başqa ölkələrlə müəyyən dialoqlar olub. Mən bu barədə danışmaq belə istəmirəm, çünki o zaman bu, ortaqlıq deyil, arxadan oynamaq və tam xəyanətdir”, – Zelenski bildirib.
“Ona görə də hələ də düşünək ki, onun heç bir razılaşması olmayıb və o, sadəcə olaraq qeyri-adekvatdır, heç kimin Ukraynanı müdafiə etməyəcəyinə qərar verib”, – Zelenski bəyan edib.