Son 5 ildə peşə təhsili müəssisələrinə qəbul 50% artaraq 24 min nəfərə çatıb.
Viral.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Son Yazılar:
- Putin Trampın xüsusi nümayəndəsi ilə görüşdü, görüş 4 saatdan çox ÇƏKDİ
- ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu BİLDİRDİ
- “Qalatasaray” “Samsunspor”u səfərdə məğlub ETDİ
O bildirib ki, bu rəqəmin gələcəkdə də artacağı gözlənilir:
“Son illərdə yeni tikilən müəssisələrimiz fəaliyyətə başladıqdan sonra yerlər 100 faiz dolub. Bunu Bakı, Bərdə və Cəlilabad peşə təhsili müəssisələrində görmək olar. Bundan başqa, işğaldan azad olunmuş ərazilərimizin hər birində peşə təhsili mərkəzlərinin yaradılması planlaşdırılır”.