Kürün səviyyəsi 5 metrdən yuxarıdır

Mayın 26-da qonşu ölkələrin ərazisində Debed çayının hövzəsinə yağan leysan yağış nəticəsində çaydan güclü sel keçib, Kürün səviyyəsinə təsir edib.

 

Son Yazılar:

Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Debed çayı Kür çayına töküldüyü üçün eyni zamanda qonşu Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan leysan yağışlar nəticəsində çayın Tiflis məntəqəsində səviyyənin kəskin artması ilə əlaqədar mayın 26-dan başlayaraq Kür-Qıraqkəsəmən məntəqəsində artım müşahidə olunub.

 

Vurğulanıb ki, qeydə alınan ən yüksək səviyyə may 27-si saat 7-də 628 sm-ə çatıb, saat 9-dan etibarən isə çayda suyun səviyyəsi tədricən azalaraq 598 sm olub.