Magistraturaya ixtisas seçimi BAŞLAYIR

Bu gündən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayır. Bu barədə Viral.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyulun 13-dək aparılacaq. İxtisaslaşma seçiminə magistraturaya 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar…

Ətraflı

Direktor olmaq istəyənlər imtahan verir

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilir. Bu barədə Viral.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Ümumilikdə 1889 namizədin dəvət edildiyi test imtahanı ölkə üzrə 8 şəhər olmaqla 9 mərkəzdə təşkil olunur. “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan…

Ətraflı

Ali məktəblərə imtahansız qəbul olanların SAYI

2022-2023-cü tədris ili üzrə respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 51 min 826 yer ayrılıb. Bunlardan 534 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər (187 yer ADA Universitetinə SAT balına əsasən, 190 yer ADA Universitetinə ADA Məktəbinin məzunu kimi qəbul olunanlar) tərəfindən tutulub. Viral.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) 2022-ci il üçün…

Ətraflı

Doktorantura üzə imtahanların nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il 11 iyun tarixində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 12-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 16-19 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması üzrə də imtahanlar keçirilib. Bu barədə Viral.az-a DİM-dən məlumat verilib. İmtahan…

Ətraflı

Lerikdə məktəb direktoruna cinayət işi açıldı

Lerikdə məktəb direktoruna cinayət işi başlanılıb. Bu barədə Viral.az-a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, rayonun Bülüdül kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru Rasim Şahbazovun uzun müddətdir istismara yararsız vəziyyətdə olan məktəbin qazanxanasına yanacaq alınması adı ilə 16 min manatdan artıq…

Ətraflı

Azərbaycanda ilin tələbəsi seçildi – FOTO

Azərbaycan Universitetləri üzrə 2023-cü ilin tələbəsi seçilib. Viral.az feysbukdakı “Azərbaycan Universitetləri” səhifəsinə istinadla xəbər verir ki, bu ada Səbinə Feyzullayeva layiq görülüb. Bildirilib ki, 6 il əvvəl Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla Azərbaycan Tibb Universitetini seçən tələbə, həm də Prezident təqaüdü alıb. Bu il isə 98,21 balla ATU-dan məzun olub. Qeyd…

Ətraflı

Direktor vəzifəsi vakansiyaya çıxarılan məktəblərin SAYI

“Bakı şəhəri üzrə şagird sayı 500-dən yuxarı olan 20-dən çox məktəb üçün vakant direktor vəzifəsi var”. Viral.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, həmin yerlər vakansiyaya çıxarılıb. Şöbə müdiri bildirib ki, bu sayın artacağı istisna edilmir. “Yay aylarında çalışmanın yaş həddinə çatacaq direktorların…

Ətraflı

Nazir yüksək bal toplayan müəllimlərlə görüşəcək

Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşəcək. Bu barədə Viral.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, görüş iyulun 6-da baş tutacaq. Görüşdə yüksək nəticə göstərən müəllimlər, media qurumlarının rəhbərləri, PR mütəxəssislər, təhsil ekspertləri və digər tanınmış ictimaiyyət nümayəndələri də iştirak edəcək.

Ətraflı

Bu rayonların şagirdləri AZƏRBAYCAN dilindən ZƏİFDİR-DİM

Həm 9-cu, həm də 11-ci siniflər üzrə buraxılış imtahanlarında tədris dili Azərbaycan dilindən fərqli olan şagirdlər dövlət dili kimi Azərbaycan dilindən imtahan verirlər. Viral.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında bildirilib. Ötən il buraxılış imtahanında iştirak edən ortastatistik şagirdin dövlət dili kimi Azərbaycan dilindən yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli test…

Ətraflı

Dövlət qulluğuna qəbul proqramında DƏYİŞİKLİK

Dövlət qulluğuna qəbul, eləcə də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanının məntiqi təfəkkürün yoxlanılması üzrə proqramına müəyyən dəyişiklik edilib. Bu barədə Viral.az-a DİM-dən məlumat verilib. Belə ki, dövlət qulluğunun vəzifə qrupları üçün məntiqi təfəkkür üzrə imtahan proqramlarındakı fərq aradan qaldırılmaqla AB, AC, BA və BB vəzifə qrupları üzrə imtahan proqramı eyniləşdirilib. Proqramla tanış olmaq üçün…

Ətraflı

Bütün test tapşırıqları riyazi modellə uzlaşmır – DİM

Praktikada bütün test tapşırıqları riyazi modellə uzlaşmır və model işlədiləndə onunla uzlaşmayan test tapşırıqları atılmalı olur. Belə hallar, əsasən, test tapşırıqlarında müxtəlif qüsurların, məsələn, üstünlüyə malik distraktorun, yaxud çox zəif diskriminasiya xassəsinin olmasının nəticəsidir. Viral.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin ötən ilin yekunları ilə bağlı hesabatında qeyd olunub. Bildirilib ki, test tapşırıqlarının…

Ətraflı

“Subbakalavrların diplom balları obyektiv deyil” -HESABAT

“Subbakalavrların (kollec məzunu) diplom balları obyektiv deyil”. Viral.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin ötən ilin yekunları ilə bağlı hesabatında bildirilib. Qeyd olunub ki, subbakalavrların imtahan nəticələri zəif, histoqramlar isə sağtərəfli assimmetriyaya malikdir: “İmtahanın I mərhələsində iştirak edən 889 subbakalavrın topladıqları balların riyazi gözləməsi 83.26-ya bərabər olub, onların yarısı 78.1 baldan az bal…

Ətraflı

Qəbul imtahanlarında 0-100 bal toplayanların sayı AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində çap edib. Viral.az xəbər verir ki, jurnalda yer alan məlumata əsasən, 2022-ci ildə respublikanın ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 73 min 429 abituriyent iştirak edib. Onların 16.12%-i 0-100,…

Ətraflı

Universitetlərdən xaric edilən tələbələrin sayı AÇIQLANIB

2022-ci ildə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı açıqlanıb. Viral.az xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib. Qeyd edilib ki, ötən il təhsil müəssisəsindən xaric edilən tələbələrin sayı 7855 olub. Onlardan 4280-i bakalavriat, 946-sı magistratura, 1409-u tam orta, 1220-si isə ümumi orta ixtisas…

Ətraflı

Bu tarixdə magistraturaya ixtisas seçimi başlayacaq

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 4-cü nömrəsini nəşr edib. Bu barədə Viral.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc edilib. Bu nömrədə həmçinin “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə…

Ətraflı

Bu qədər şəxsə elmi dərəcə VERİLMƏDİ

İyun ayında 39 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Bu barədə Viral.az-a Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib. Həmin müddətdə 77 nəfərə fəlsəfə doktoru, 11 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 7 nəfərə isə imtina cavabı gəlib. Bundan başqa, keçən ay 16 nəfərə dosent,…

Ətraflı

Diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başladı

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək. DİM-dən Viral.az-a verilən xəbərə görə, namizədlərin imtahana qeydiyyatı verilən keçid vasitəsilə 15 avqust saat 18:00‑dək həyata keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Namizədlər aşağıda qeyd olunan link…

Ətraflı

Bu şəxslər universitetlərə müsabiqədənkənar qəbul OLUNUR

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu barədə Viral.az-a DİM-dən xəbər verilib. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. 2. Beynəlxalq və…

Ətraflı

Balkan Olimpiadasında uğur qazanan məktəblilər – FOTO

23-28 iyun tarixlərində Albaniyanın Tirana şəhərində Yeniyetmələrin 27-ci Balkan Riyaziyyat Olimpiadası təşkil edilib. Viral.az xəbər verir ki, sözügedən yarışda məktəblilər uğurla çıxış edərək 1 gümüş və 4 bürünc medal qazanıblar. Belə ki, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın VIII sinif şagirdi Davud Tarverdili gümüş, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin VIII sinif şagirdi Rəfiqə Qəmbərova,…

Ətraflı

Qeydiyyatdan keçən subbakalavrların SAYI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir. Viral.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu gün saat 09:40-dək qeydiyyatdan keçən subbakalavrların elektron ərizələrinin ümumi sayı 16845 olub. Təsdiq olunan elektron ərizələrinin sayı 12241-dir. Qeyd edək ki, elektron ərizələrin qəbulu iyulun 31-i saat 23:59-dək davam edəcək. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının…

Ətraflı