Şəhid övladları üçün keçirilən “Məzun günü”ndə 40 şəhid əmanəti bir araya gəlib.
Son Yazılar:
- Bu gündən bəzi məktəblərdə dərslər BAŞLADI
- İnsan bu yolla özünü və ətraf mühiti qoruyur: Piyada gəzməyin faydaları
- Səidə onun adını eşidib efirə gəlməkdən imtina edib
Viral.az-ın məlumatına görə, onlardan biri də şəhid general-mayor Polad Həşimovun oğlu Davud Həşimov olub.
“11 illik səfərimizin sonuna yaxınlaşırıq. Bu 11 il ərzində mən çox xoş xatirələr topladım, təcrübələr qazandım və səbrin, zəhmətin önəmini öyrəndim. Çox istəyərdim ki, atam da yanımda olsun, onunla birgə məzun olmağımı qeyd edərdik. Amma mən atamın övladı kimi onun irsini davam etdirəcəm və onun dəyərlərin yaşadacam”, – Davud AzTv-yə açıqlamasında deyib.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun Davuddan başa Teymur adında oğlu, Aybəniz adında qızı var.