Avropa İttifaqı (Aİ) məhkəməsinin Macarıstanı miqrasiya qaydalarını pozduğuna görə 200 milyon avro cərimələmək qərarı Avropa hüquq normalarına ziddir, ona görə də Budapeşt Brüsselin maliyyə şantajına boyun əyməyəcək.
Viral.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Macarıstanın baş nazirinin aparatının rəhbəri Qergeli Qulyas deyib.
“Bu hökm bizim Avropa hüququ, Macarıstan Konstitusiyası, xarici sərhədlərin qorunması və miqrasiya ilə mübarizədə effektiv fəaliyyətlə bağlı fikirlərimizlə ziddiyyət təşkil edir”, – o, Aİ məhkəməsinin qərarının siyasiləşmiş xarakterinə işarə edərək deyib. “Belə bir qərar heç vaxt adi bir məhkəmə tərəfindən verilməzdi”, – Qulyas bildirib.
Son Yazılar:
- Azərbaycanda ZƏLZƏLƏ OLDU
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
O, deyib ki, Macarıstan maliyyə şantajına boyun əyməyəcək və miqrasiya siyasətini dəyişməyəcək. Eyni zamanda, kansleriyanın rəhbəri Lüksemburqdakı Aİ Məhkəməsinin qərarı ilə bağlı Macarıstan hökumətinin bundan sonra hansı hərəkətlərinin olacağını dəqiqləşdirməyib.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban məhkəmənin hökmünü qəzəbli və qəbuledilməz adlandırıb.
Xatırladaq ki, Avropa İttifaqının Ədalət Məhkəməsi Macarıstanı miqrantların qəbulu qaydaları ilə bağlı əvvəlki qərarlarına tabe olmaqdan imtina etdiyinə görə 200 milyon avro cərimə, eləcə də gündəlik 1 milyon avro məbləğində ödəməyə məhkum edib.
(redaktor.az)
məhkum edib