-->
Bu gün məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi DAYANDIRILACAQ

Bu gün məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi DAYANDIRILACAQ

Bu gün məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır. Viral.az xəbər verir ki, aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır. Qeyd edək ki, fevralın 25-dən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I-VIII və X sinifləri əhatə…

Ətraflı
Nazir iki şöbə müdirini işdən ÇIXARTDI

Nazir iki şöbə müdirini işdən ÇIXARTDI

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub. Viral.az teleqraf.az-a istinadən xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr ilə qurumun iki şöbə müdiri vəzifəsindən azad olunub. Bunlar nazirliyin Hüquq şöbəsinin müdiri İsmayıl İbrahim oğlu Kərimov və Maliyyə və uçot şöbəsinin müdiri Nadim Buludxan oğlu Bayramovdur. Onların yerinə yeni təyinat olmayıb. Hazırda Hüquq şöbəsi müdirinin səlahiyyətlərini müdir…

Ətraflı
Sahibsiz heyvanların problemləri ilə hansı qurumların məşğul olacağı dəqiqləşdirilməlidir

Sahibsiz heyvanların problemləri ilə hansı qurumların məşğul olacağı dəqiqləşdirilməlidir

Son bir ildə təkçə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib. Viral.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. Deputat bildirib ki, bu rəqəm, sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir: “Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın…

Ətraflı
Xaçmazda narkotik satışı ilə bağlı iki nəfər tutuldu

Xaçmazda narkotik satışı ilə bağlı iki nəfər tutuldu

Xaçmazda narkotiklərin satışı ilə bağlı iki nəfər saxlanılıb. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı 46 yaşlı Namiq Ələkbərov və 42 yaşlı Natiq Mütəllimov saxlanılıb. Onlardan külli miqdarda psixotrop maddə…

Ətraflı
Ərdoğanla Makron telefonla DANIŞDI

Ərdoğanla Makron telefonla DANIŞDI

Türkiyə və Fransa Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında telefon danışığı baş tutub. Viral.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.  Bildirilib ki, Makron türkiyəli həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.  Bununla belə, tərəflər arasında müzakirə edilən digər məsələlər açıqlanmayıb.

Ətraflı
Bakıda 2 qadını maşın vurub ÖLDÜRDÜ

Bakıda 2 qadını maşın vurub ÖLDÜRDÜ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Viral.az xəbər verir ki, E.Qəhrəmanov idarə etdiyi “Vaz” markalı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi ərazisində yolu keçən 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub. Ağır xəsarətlər alan qadın Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib. Oxşar hadisə ötən gecə saat 22 radələrində Xətai rayonunda da qeydə alınıb. Belə…

Ətraflı
Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə TUTULDU

Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə TUTULDU

Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Viral.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Ətraflı
Saqqızın tərkibində təhlükəli maddələr VAR

Saqqızın tərkibində təhlükəli maddələr VAR

Saqqız, tərkibindəki bəzi hissəciklərə görə sağlamlıq riski yarada bilər. Saqqız uzun müddətdir nəfəsi təravətləndirmək və stressi azaltmaq üçün məşhur üsuldur. Bununla belə, hər kəs onun istifadəsinin mümkün zərərini düşünmür. Məlum olub ki, saqqız çeynəmək mikroplastiklərin ayrılması səbəbindən sağlamlıq üçün təhlükə yarada bilər. Viral.az lent.az-a istinadən xəbər verir ki, amerikalı alimlər saqqızın mikroplastik qəbulunu əhəmiyyətli dərəcədə…

Ətraflı
Azərbaycanda 12 günlük bayram tətili başa ÇATDI

Azərbaycanda 12 günlük bayram tətili başa ÇATDI

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb. Viral.az xatırladır ki, ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi. Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib….

Ətraflı
Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayı boyu oruc tutanların orqanizm günün çox hissəsini ac-susuz qalmağa öyrəşir. Birdən-birə müxtəlif qidalar qəbul etmək bir çox orqanlara ağır təsir edir. Bir ay gündə iki dəfə qida qəbul edən orqanizmin normal rejimə qayıtması bir sıra fəsadlara səbəb ola bilər. Viral.az xəbər verir ki, normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır. Mütəxəssislər…

Ətraflı
Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur

Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur

Martın 31-i saat 17:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Zaqatala və Daşkəsəndə 28, Balakəndə 25, Altıağacda 22, Yevlax, Şəki, Mingəçevir, Şahdağ və Xaçmazda 20, Bərdədə 18, Culfa və Gədəbəydə 16,…

Ətraflı
Azərbaycan Türkiyədən meyvə və tərəvəz məhsullarının idxalına çəkdiyi xərci 25 %-dən çox azaltdı

Azərbaycan Türkiyədən meyvə və tərəvəz məhsullarının idxalına çəkdiyi xərci 25 %-dən çox azaltdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 2,861 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib. Viral.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 % azdır. Təkcə fevralda isə Türkiyə Azərbaycana 1,584 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 29,8 % azdır. İki ayda Türkiyənin meyvə və…

Ətraflı
Polşa Belarusla sərhəddə maneələrin modernləşdirilməsini başa ÇATDIRDI

Polşa Belarusla sərhəddə maneələrin modernləşdirilməsini başa ÇATDIRDI

Polşa-Belarus sərhədi boyunca elektron maneənin və ya videomüşahidə sisteminin modernləşdirilməsi başa çatıb. Viral.az-ın xəbərinə görə, bu barədə Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, sərhədin 206 km-lik hissəsində işlər aparılıb, hasarın kənar tərəfinə nəzarət etmək üçün əlavə kamera xətti quraşdırılıb, işıqlandırma yaxşılaşdırılıb. İşin dəyəri 125 milyon zloti (32,5 milyon ABŞ dolları) təşkil edib….

Ətraflı
ÜST işçi heyətini AZALDACAQ

ÜST işçi heyətini AZALDACAQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) işinin miqyasını və əməkdaşlarının sayını, o cümlədən yüksək rəhbərlik səviyyəsində azaltmağı düşünür. Viral.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, belə tədbirlər ən böyük sponsor olan ABŞ-nin təşkilatdan çıxması fonunda maliyyələşdirmə problemləri səbəbindən nəzərdən keçirilir. ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesusun bəyanatında bildirilib ki, Vaşinqtonun qərarı digər ölkələrin müdafiə…

Ətraflı
Sabirabadda yeni doğulan körpə ÖLDÜ

Sabirabadda yeni doğulan körpə ÖLDÜ

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölüb. Viral.az teleqraf.az-a istinadla xəbər verir ki, hadisə martın 28-də baş verib. Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Əsədova Xəyalə Natiq qızı Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib. Məlumata görə, qadını cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib və onun səhlənkarlığı nəticəsində körpə ölüb. Məlumata görə, ilkin…

Ətraflı
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım ETDİ

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım ETDİ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib. Viral.az xəbər verir ki, paylaşımda qeyd olunub: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”.

Ətraflı
Arıqlamaq istəyirsinizsə günün altında GƏZİN

Arıqlamaq istəyirsinizsə günün altında GƏZİN

Minnesot Universitetinin alimləri araşdırıblar ki, “Günəş vitamini” insanı arıqladır və çəkini tənzimləyir. Viral.az axşam.az-a istinadla xəbər verir ki, təcrübədə iştirak edən və artıq çəkidən əziyyət çəkən 38 adama 11 həftəlik azkalorili pəhriz təyin olunub. İştirakçılar arasında bədənində D vitamini yüksək olanlar daha çox çəki ata biliblər. Həkim Şalamar Sibli qeyd edir ki, gələcəkdə arıqlamaq arzusunda…

Ətraflı
Uqandada meymunçiçəyinə yoluxanların sayı 4,8 mini KEÇDİ

Uqandada meymunçiçəyinə yoluxanların sayı 4,8 mini KEÇDİ

Uqandada meymunçiçəyi (mpox) epidemiyasının elan edilməsindən sonra son səkkiz ay ərzində təsdiqlənmiş xəstəlik hallarının ümumi sayı 4 810 nəfərə çatıb. Viral.az xəbər verir ki, bu, Uqanda Səhiyyə Nazirliyinin məlumatlarında əks olunub. Qurumun hesabatına əsasən, bu müddət ərzində ölənlərin sayı 37 nəfər təşkil edib. “Son 24 saat ərzində 13 yeni yoluxma, 6 ölüm faktı qeydə alınıb….

Ətraflı