-->
Tovuzda maşın aşdı

Tovuzda maşın aşdı

Tovuzda yol nəqliyyat hadisəsi baş verib. Viral.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. lnur Alızadənin idarə etdiyi “VAZ 2106” minik maşını ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır (apa).

Ətraflı
 Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamaq lazımdır

 Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamaq lazımdır

Ermənistan sülh sazişinin imzalanma tarixinin və vaxtının razılaşdırılmasına mümkün qədər tez başlamağı təklif edir ki, bu da Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində bir addım olacaq. Viral.az “Report”a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə geniş formatda danışıqlar zamanı bildirib.

Ətraflı
İsrailin müdafiə naziri Katz Qəzzada yerli sakinləri təxliyə etməyə ÇAĞIRDI

İsrailin müdafiə naziri Katz Qəzzada yerli sakinləri təxliyə etməyə ÇAĞIRDI

“İsrail ordusu tezliklə Qəzza zolağında döyüş zonasını genişləndirəcək, bu səbəbdən yerli sakinlər təxliyə edilməlidir.” Viral.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib. “İsrail ordusu tezliklə Qəzzanın əlavə ərazilərində tam qüvvə ilə fəaliyyət göstərəcək və sizdən təhlükəsizliyiniz üçün döyüş bölgələrini boşaltmağınız tələb olunacaq. Planlar artıq hazırlanıb və təsdiqlənib”, – o “X”-də Qəzza sakinlərinə…

Ətraflı
"Beşiktaş" prezidenti TFF və MHK rəhbərlərini istefaya ÇAĞIRDI

“Beşiktaş” prezidenti TFF və MHK rəhbərlərini istefaya ÇAĞIRDI

“Beşiktaş” – “Qalatasaray” matçı türk hakimə həvalə olunub. Viral.az xəbər verir ki, “qara qartallar”ın prezidenti Serdal Adalı bu təyinatdan sonra bir sıra açıqlamalar verib. Adalı bu qərarın düzgün olmadığını, TFF və MHK prezidentlərinin istefa verməli olduğunu dilə gətirib: “Bu həftəsonu evimizdə “Qalatasaray”la qarşılaşacağıq. Bu oyunla bağlı olaraq xarici hakim tələbi irəli sürmüşdük. Əgər ölkəmizdə derbiləri…

Ətraflı
İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsini icra edəcək şəxs SEÇİLDİ

İmamoğlunun yerinə o SEÇİLDİ

İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədri vəzifəsini icra edəcək şəxs seçilib. Viral.az yerli mediaya istinadla xəbər verir ki, İBB məclisində baş tutan səsvermə nəticəsində bu vəzifəyə CHP üzvü Nuri Aslan seçilib. Qeyd edək ki, İBB sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə daxili işlər naziri onu vəzifəsindən kənarlaşdırıb.

Ətraflı
Prezident Məhəmməd Şahabuddini təbrik ETDİ

Prezident Məhəmməd Şahabuddini təbrik ETDİ

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib. Viral.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan-Banqladeş münasibətlərinin genişləndirilməsinə və əməkdaşlığının yeni məzmunla zənginləşdirilməsinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında…

Ətraflı
Bu gün sonuncu Qədr GECƏSİDİR

Bu gün sonuncu Qədr GECƏSİDİR

Bu gün Azərbaycanda Ramazan ayında sonuncu Qədr (əhya) gecəsidir. Viral.az xəbər verir ki, dördüncü Qədr gecəsi martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Xatırladaq ki, martın 30-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

Ətraflı
Ər-Riyadda Ukrayna münaqişəsi ilə bağlı əldə edilən razılaşmalar bəlli OLDU

Ər-Riyadda Ukrayna münaqişəsi ilə bağlı əldə edilən razılaşmalar bəlli OLDU

Ukrayna və ABŞ Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəliblər. Viral.az-ın xəbərinə görə, bunu Ər-Riyadda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib. “Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa…

Ətraflı
Xırdalanda yerləşən restoranda yanğın təhlükəsi YARANDI

Xırdalanda yerləşən restoranda yanğın təhlükəsi YARANDI

Xırdalanın mərkəzində yerləşən restoranda yanğın təhlükəsi yaranıb. Viral.az xəbər verir ki, Xırdalanda “PakFırın” restoranında qatı tüstülənmə müşahidə olunub, müştərilər çölə çıxarılıb. Hadisə şahidlərinin sözlərinə görə, restoranın personalından zərərçəkənlər var və qatı tüstünün havalandırma sistemindən qaynaqlandığı bildirilir. Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub. Qeyd edək ki, adıçəkilən restoran hündürmərtəbəli yaşayış binasının altında yelrəşir. Ərazidəki yollarda sıxlıq…

Ətraflı
Bu saytlarda təhlükəli viruslar aşkarlanıb

Bu saytlarda təhlükəli viruslar aşkarlanıb

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) faylların konvertasiyasını təklif edən internet saytlarında yeni zərərverici proqram təminatının yayıldığı barədə xəbərdarlıq edib. Viral.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb. Məlumata görə, FTB Denver bölməsinin mütəxəssisləri, kiber-dələduzların şəkil, video və sənədlərin konvertasiyası üçün nəzərdə tutulan saytlara viruslar yerləşdirdiyini aşkarlayıb. FTB ekspertləri qeyd edirlər ki, istifadəçilər çox…

Ətraflı
Rusiya ABŞ administrasiyasına təsirlər edir

Rusiya ABŞ administrasiyasına təsirlər edir

Səudiyyə Ərəbistanında ABŞ -Rusiya danışıqlarının növbəti raundu baş tutdu. Məhz V. Putinin əsas istəyi ABŞ-la birbaşa danışıqlara gedərək sövdələşmələr əldə etməkdən ibarətdir. C.Bayden adminstrasiyası D. Trampdan fərqli olaraq belə bir danışıqları qəbul etmirdi və Rusiyanın fövqəl dövlət statusu almaq istəyinin qarşısından xətt çəkmişdi. Amma, D. Tramp V. Putinlə birbaşa danışıqlara gedərək, Moskvanın narrativlərini qəbul edir….

Ətraflı
Daha bir tiktoker həbs EDİLDİ

Daha bir tiktoker həbs EDİLDİ

“TikTok” sosial şəbəkəsində “HQ” ləqəbi ilə tanınan Həqiqət Qəhrəmanova 10 sutkalıq inzibati həbs cəzası alıb. Viral.az-ın oxu.az-a istinadla məlumatına görə, tiktokerin həbsinə səbəb sosial şəbəkədə nalayiq ifadələr işlətməsi göstərilib. Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında məhkəmə qərarı ilə onun barəsində 10 günlük həbs tədbiri seçilib.

Ətraflı
Novruz bayramının rəsmi şəkildə qeyd olunması planlaşdırılır

Novruz bayramının rəsmi şəkildə qeyd olunması planlaşdırılır

Türkiyədə Novruz bayramının rəsmi şəkildə kimi qeyd olunması planlaşdırılır. Viral.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. O bildirib ki, Novruz bayramı Türkiyədə xüsusi coşqu ilə qeyd olunub: “Novruzun rəsmi bayram kimi qeyd olunmasını arzulayırıq”. Dövlət başçısı, həmçinin Novruz bayramını qeyd edən ölkələri bir daha təbrik edib.

Ətraflı
“Ləmana görə intihara cəhd etdim”

“Ləmana görə intihara cəhd etdim”

“TikTok” fenomeni Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb. Viral.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Ləman Turə Nuriyevanın şikayəti ilə məhkəmə qarşısına çıxarılıb. Şikayətçi keçmiş gəlinlərinin onu 10 minlərlə izləyici qarşısında təhqir etdiyi videoqeydləri məhkəməyə təqdim edib. Hakim sübutlarla tanış olduqdan sonra işi icraata qəbul edib, nəticədə Ləman Vəliyeva təqsirləndirilən şəxs qismində tanınıb. Turə Nuriyeva ifadəsində…

Ətraflı
Hakan Fidan Trampın dövründə ilk dəfə Amerikaya GEDİR

Hakan Fidan Trampın dövründə ilk dəfə Amerikaya GEDİR

Türkiyənin xarici işlər naziri Hakan Fidan Tramp administrasiyası dövründə ABŞ-yə ilk rəsmi səfərini edəcək. Viral.az xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb. Bildirilib ki, nazir martın 25-26-da Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək. Görüş zamanı Türkiyə-ABŞ münasibətlərində atıla biləcək strateji addımlar müzakirə olunacaq. Bu zaman terrorla mübarizə məsələsi də gündəmdə olacaq.  Həmçinin Suriyaya…

Ətraflı
Bayram namazının vaxtı AÇIQLANDI

Bayram namazının vaxtı AÇIQLANDI

Ramazan bayramının namazı martın 30-u bəzi məscidlərdə saat 8.00-da, əksərlərində isə 9.00-da başlayacaq. Viral.az xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib. “Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır. Məscidin icma rəhbəri və imamı məsləhətləşərək uğun vaxt təyin edirlər. Məscid camaatı 1 gün öncədən imamdan və ya icma rəhbərindən məlumatı dəqiqləşdirə…

Ətraflı