Azərbaycan səfiri etimadnaməsini icraçı direktora təqdim etdi

Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Aslanov BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn ilə görüşüb. Viral.az xəbər verir ki, bu barədə diplomat özünün “Twitter” hesabında bildirib. Görüş zamanı səfir etimadnaməsini BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoruna təqdim edib.

Ətraflı

Türkiyə və Azərbaycanın Ukraynadakı səfirləri görüşüb

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Türkiyənin bu ölkədəki səfiri Yağmur Ahmet Güldere ilə görüşüb. Viral.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat özünün “Twitter” hesabında məlumat yayıb. “Can Türkiyənin Ukraynadakı səfiri, dəyərli qardaşım Yağmur Ahmet Güldere ilə tanış olmaqdan məmnun oldum. “Bir millət iki dövlət” şüarı ilə Kiyevdə əməkdaşlıq edəcəyik” – diplomat qeyd edib.

Ətraflı

Ənənəyə uyğun olaraq, Şimali Kiprdən Azərbaycana gedəcəyəm – Ərdoğan

Ənənəyə uyğun olaraq, buradan (Şimali Kipr Türk Respublikasından) Azərbaycana gedəcəyəm. Viral.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla birgə mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, Azərbaycanda görüşlər keçirəcək.

Ətraflı

Ərdoğanla birlikdə Sinan Oğan da Azərbaycana GƏLİR

Bildiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Viral.az xəbər verir ki, o, nümayəndə heyəti ilə birlikdə Bakıda səfərdə olacaq, bir sıra bəyanatlar səsləndirəcək. “Yeni Şafak” qəzetinin məlumatına görə, Ərdoğanı müşayiət edəcək komandada prezident seçkilərinin ilk turunda iştirak edən ATA İttifaqının namizədi Sinan Oğan da yer alacaq. Qəzet yazıb ki, Sinan Oğanın iki ölkənin nümayəndə heyətləri…

Ətraflı

Lukaşenko Azərbaycan Prezidentinə məktub ünvanlayıb

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Viral.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Əlamətdar tarix – Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu yubiley əməkdaşlıq sahəsində əldə olunmuş nəticələrə nəzər salmaq və gələcək planları müəyyənləşdirmək üçün yaxşı imkandır. Sizin…

Ətraflı

Ərdoğanın Azərbaycana SƏFƏR PROQRAMI

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçirilən prezident seçkilərindən sonra ilk xarici səfərinə hazırlaşır. Viral.az xəbər verir ki, TRT Ərdoğanın səfər proqramını açıqlayıb. Bildirilib ki, Türkiyə Prezidenti ilk xarici səfərini iyunun 12-də Şimali Kiprə edəcək. O, Şimali Kipr Prezidenti Ersin Tatar və Baş nazir Ünal Üstel ilə görüşəcək. Ərdoğan təkbətək görüş və iş yeməyindən sonra Prezident sarayında Tatarla birgə…

Ətraflı

Fransadan Azərbaycana qarşı növbəti TƏXRİBAT

Paris Şəhər Şurası yekdilliklə Qarabağda yaşayan ermənilərə təcili yardımın göstərilməsi haqqında qətnamə qəbul edib. Viral.az Tend-ə istinadən xəbər verir ki, qətnamənin məqsədi Qarabağda yaşayan ermənilərə “humanitar yardım” göstərilməsidir. Görünən odur ki, əsrlərdir müstəmləkəçilik siyasəti yeridən, milyonlarla insanın ölümünə səbəb olan,humanislik anlayışdan bixəbər olan Fransa ermənilərin uydurduqları “humanitar böhran” yalanına dəstək olmağa, hər kəsi bu yalana inandırmağa çalışır….

Ətraflı

Ombudsmandan hərbi əsirimizlə bağlı ETİRAZ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan hərbi qulluqçusunun həbs müddətinin uzadılmasına etiraz edib. Viral.az xəbər verir ki, etiraz bəyanatında xatırladılıb ki, 2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin…

Ətraflı

Ceyhun Bayramov Derek Hoqanla Ermənistandan DANIŞIB

İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan telefon danışığı aparıb. Bu barədə Viral.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər…

Ətraflı

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, məktubda deyilir: “Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim firavanlıq və rifah…

Ətraflı

Əli Əsədov Putinlə GÖRÜŞDƏ

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Viral.az-a bildiriblər ki, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb. Ə.Əsədov görüşdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən…

Ətraflı

Əli Əsədov Soçidə kubalı həmkarı ilə görüşüb

Rusiya Federasiyasının Soçi şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Kuba Respublikasının Baş naziri Manuel Marrero Krus ilə görüşüb. Viral.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib. Görüşdə iki ölkə arasında fəal siyasi dialoqun qurulduğu qeyd olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin vacibliyi vurğulanıb.Azərbaycanın və Kubanın…

Ətraflı

Əli Əsədov Mişustinlə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb. Bu barədə Viral.az-a Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib. Görüşdə iki ölkənin qarşılıqlı münasibətlərinin Azərbaycan və Rusiya prezidentlərinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluqla vurğulanıb. Qarşılıqlı ticarətin və sərmayələrin davamlı artması ikitərəfli münasibətlərin dinamik inkişafının əyani…

Ətraflı

“Növbəti iclas İrəvanda olacaq”-, General-polkovnik

“Birgə fəaliyyətə, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclasının keçirilməsinə yaradılan gözəl şəraitə görə Azərbaycan Dövlət Sərhəd Xidmətinə təşəkkür etmək istəyirəm”. Viral.az xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini – Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov Şuranın Bakıda keçirilən 86-cı iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib. A.Manilov…

Ətraflı

Türkiyə XİN naziri Ararat Mirzoyanla DANIŞIB

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan Ermənistanın XİN başçısı Ararat Mirzoyanla telefon danışığı aparıb. Viral.az xəbər verir ki, bu barədə Ermənistan tərəfi məlumat yayıb. Mirzoyan Hakan Fidanı nazir təyin edilməsi münasibəti ilə təbrik edib. Telefon danışığı zamanı tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Ətraflı

Ermənistanla 3 istiqamətdə fikir ayrılığı var – Ceyhun Bayramov 

6 iyun 2023-cü tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib. XİN-dən Viral.az-a bildirilib ki, nazir Ceyhun Bayramov çıxışında ATƏT regionunda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətindən söz açaraq Helsinki Yekun Aktında təsbit edilmiş ATƏT iştirakçı dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətdən başlayaraq təşkilatın prinsipləri və öhdəliklərinin sülh və…

Ətraflı

Bəhreyn Baş naziri İlham Əliyevə məktub GÖNDƏRİB

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, hörmətli Prezident İlham Əliyev! Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq…

Ətraflı

Mirzoyan avstriyalı həmkarı ilə Azərbaycandan DANIŞDI

Ermənistan və Avstriya xarici işlər nazirləri Ararat Mirzoyan ilə Aleksandr Şallenberq arasında telefon danışığı olub. Viral.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, həmkarlar ikitərəfli əməkdaşlığın gündəliyini, Ermənistan-Avropa İttifaqı tərəfdaşlığını, regional sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər. “Ermənistanın xarici işlər naziri avstriyalı həmkarına Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində baş verən son hadisələri təqdim edib, Ermənistan tərəfinin danışıqların əsas məsələlərinə, xüsusən…

Ətraflı

ABŞ-dan Bakı və İrəvana: Dialoq sülhün açarıdır

Tərəflər Cənubi Qafqaz regionu üçün dinc gələcək naminə işləməyə davam edərkən biz bu ay Vaşinqtonda danışıqların növbəti mərhələsinə ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Viral.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel brifinqdə deyib. “Əvvəllər də qeyd etdiyim kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır….

Ətraflı

Roma Papasından İlham Əliyevə təbrik məktubu

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Viral.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat verib.  Məktubda deyilir:  “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri! Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ölkənizlə bağlı əmin-amanlıq və firavanlıq arzularımı, həmçinin atanız, Zati-aliləri cənab Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi çatdırıram. Azərbaycanın…

Ətraflı

Kanadanın General-Qubernatoru İlham Əliyevi təbrik edib

Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Viral.az xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri! Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və ölkənizin vətəndaşlarını bütün kanadalılar adından təbrik edirəm. Kanada ötən il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz Azərbaycanla əlaqələri möhkəmləndirməkdən…

Ətraflı