İlk dörd ay üzrə Azərbaycanda iqtisadi meyllərin təhlilinə əsaslanaraq Hesalama Palatası ilin sonunda neft sektoru üzrə ÜDM-in nominal məbləğinin dürüstləşmiş göstəricidən daha çox olacağı qənaətindədir.
Viral.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Son Yazılar:
- Livanda BMT-nin 4 sülhməramlısı YARALANDI
- Türkiyədə terror aktı törətməyə hazırlaşan xüsusi təlim keçmiş terrorçu həbs OLUNDU
- Məktəb direktoru faciəvi şəkildə öldü – FOTO
“Təqdim edilmiş məlumatların təhlili 2024-cü ilin dövlət büdcəsinin yenilənən layihəsində 2024-cü il üzrə icmal büdcəsinin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 24,5 % proqnozlaşdırıldığını göstərir ki, bu da müvafiq göstəricidən, yəni büdcə qaydası çərçivəsindən az da olsa, kənarlaşma olduğunu deməyə əsas verir. Hədəfdən kənarlaşmaya bir neçə amil təsir edib. Bunlardan birincisi odur ki, yenidən baxılan layihə üzrə icmal büdəcinin baza xərclərin artımı icmal büdcənin qeyri-neft gəlirlərinin artımını üstələyib. Maraqlı məqam odur ki, büdcənin faiz xərclərinin büdcədən azaldılması da büdcə qaydasına mənfi təsir göstərib. İkincisi odur ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də artım istiqamətində dəqiqləşmə çox cüzi olub”,-deyə o bildirib.