Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Levan İoseliani parlament çoxluğunu prezidentin “xarici agentlər” haqqında qanuna vetosunu ləğv etməməyə çağırıb.
Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, parlamentin hüquq komitəsinin iclasında danışıb.
“Biz hesab edirik ki, bu qanunun məqsədi – Gürcüstana xaricdən daxil olan vəsaitlərin şəffaflığının daha yüksək standartının yaradılması – qanunidir, lakin buna nail olmaq üçün mövcud qanunvericiliyə dəyişikliklər edilə bilər”, – İoseliani əlavə edib.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Onun sözlərinə görə, qanunun bu formada qəbulu artıq prosesə xeyli ziyan vurub. Eyni zamanda Ombudsman bəyan edib ki, prezident əsaslandırılmış irad yazmaqla müzakirəyə yer yarada bilərdi, amma bunu etməyib.