-->
photo 263860

DSMF-nin 2025-ci il üçün büdcə layihəsi qəbul edildi

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2025-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə edilərək III oxunuşda qəbul olunub. Viral.az xəbər verir ki, Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur.

Ətraflı
photo 263852

Milli Məclisin plenar iclası başladı

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin üçüncü oxunuşda müzakirəsi başlayıb. Viral.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasına sədr Sahibə Qafarova rəhbərlik edir. İclasda Azərbaycanın Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak edir. İclasın gündəliyinə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci…

Ətraflı
photo 263837

İranda çoxmərtəbəli yaşayış binası uçdu

Bu gün səhər erkən saatlarda İranın Əhvaz şəhərində dəhşətli hadisə baş verib. Altımərtəbəli yaşayış binası birdən-birə çöküb. Viral.az xəbər verir ki, “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə regional Yanğınsöndürmə Xidmətindən xəbər verilib. Xoşbəxtlikdən, sakinlər ilk yeraltı təkanları hiss edərək vaxtında binadan çıxa biliblər. Yanğınsöndürmə Xidmətindən hadisə nəticəsində xəsarət alanın olmadığı vurğulanıb. 16 yaşayış…

Ətraflı
photo 263830

Bu gün Bakının iki rayonunda qaz OLMAYACAQ

Bu gün Bakının Xəzər və Qaradağ rayonlarında qaz olmayacaq. Viral.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Qaradağ rayonunda qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun…

Ətraflı
photo 263803

Suriyadakı Fələstin qruplaşmalarından silahsızlaşma tələb EDİLDİ

Suriyada hakimiyyətdə əsas söz sahibinə çevrilmiş Heyət Təhrir əş-Şam ölkədəki Fələstin qruplaşmalarından silahı yerə qoymağı, təlim düşərgələrini bağlamağı və hərbi birləşmələrini buraxmağı tələb edib. Viral.az-ın xəbərinə görə, bu barədə Livanın “Al-Akhbar” qəzeti məlumat yayıb. Heyət Təhrir Əş-Şam bununla bağlı Dəməşqdə mənzil-qərargahları olan HƏMAS, İslami-Cihad və Fələstin Xalq Azadlığı Cəbhəsini məlumatlandırıb. Bildirilib ki, onlar xeyriyyə təşkilatlarını…

Ətraflı
photo 263799

Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq VERİLDİ

Milli Hidrometeorologiya Xidməti dekabrın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Xidmətdən Viral.az–a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qax, Balakən, Şəmkir, Şabran, Siyəzən, Tovuz, Gəncə, Goranboy, Naftalan, Gədəbəy, Daşkəsən, Saatlı, Sabirabad, Hacıqabul, Quba, Qusar, Qobustan, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı, Yevlax, Bərdə,…

Ətraflı
photo 263791

Masallıda 2 kənd qazsız QALDI

Güclü şaxta Masallıda qaz xəttində qəza yaradıb, iki kənd qazsız qalıb Viral.az xəbər verir ki, gecə saatlarında güclü şaxtanın təsirindən Masallı Xidmət Sahəsinin Alvadı Qazpaylayıcı Stansiyasından təbii qazla təmin edilən 273 mm diametrli orta təzyiqli qaz kəmərinin rayonun Şərəfə kəndi ərazisindən keçən hissəsində qəza halı yaranıb. Nəticədə ümumilikdə 1200 abonenti əhatə edən Şərəfə və Ağakişibəyli kəndlərinə qazın…

Ətraflı
photo 263773

III Dünya müharibəsinin xəritəsi açıqlandı: Azərbaycana nə qədər yaxındır?

Newsweek nəşri Avropada baş verə biləcək Üçüncü Dünya Müharibəsi üçün mümkün olan cəbhə xətlərinin xəritəsini dərc edib. Viral.az xarici mediaya istinadən xəbər verir ki, nəşr, Rusiyanın ekspansionist məqsədləri ilə əlaqəli qlobal münaqişə halında Avropada ən yüksək ehtimal olunan müharibə başlama nöqtələrinin Baltikyanı ölkələr, Finlandiya və Kaliningradı Belarus ilə birləşdirən Suvalki dəhlizi olduğunu qeyd edib. Newsweek-ə…

Ətraflı
photo 263775

Bakıda bəzi yollar buz bağlayacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 16-da gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var. Hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir.

Ətraflı
photo 263758

Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı AÇIQLANDI

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Bəşər Əsəd rejiminin süqutundan sonra Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayını açıqlayıb. Viral.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə yazıb. Yerlikaya “Suriyanın azadlığına qovuşmasından öncə” Türkiyədən ölkəsinə qayıdan suriyalıların dekabrın 6-da 310, dekabrın 7-də 176 və dekabrın 8-də isə 240 nəfər olduğunu qeyd edib. DİN rəhbəri sonrakı günlərdə kəskin…

Ətraflı
photo 263751

Gürcüstanda 12 nəfərin meyiti TAPILDI

Gürcüstanda 12 nəfərin meyiti tapılıb. Viral.az xəbər verir ki, hadisə Qudauri kurortunda baş verib. Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, meyiti tapılanlardan biri Gürcüstan vətəndaşı, digəri əcnəbilərdir. Onların restoran işçiləri olduğu, dəm qazından zəhərləndiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
photo 263744

“Manqo”nun qurucusu İspaniyada dərədən yıxılaraq ÖLDÜ

İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu və İspaniyanın ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib. Viral.az xəbər verir ki, bu barədə “El PaÍs” qəzeti məlumat yayıb. Məlumata görə 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb. “La Vanguardia” qəzetinin məlumatına görə Andik ailə üzvləri…

Ətraflı
photo 263742

ABŞ Cənubi Koreyanın müvəqqəti rəhbərliyi ilə əməkdaşlığa hazırdır

ABŞ Koreya Respublikasının prezidenti səlahiyyətlərini icra edən, Baş nazir Han Deok Su ilə əməkdaşlığa hazırdır. Viral.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfərindən sonra İordaniyada keçirdiyi mətbuat konfransında bildirib. “Koreya Respublikası demokratik möhkəmliyini nümayiş etdirdi. O, konstitusiyasında əksini tapmış prosesi dinc şəkildə izlədi. Biz prezident Han Deok Su ilə…

Ətraflı
Gürcüstanın kurort obyektində 12 nəfərin meyiti AŞKARLANDI

Gürcüstanın kurort obyektində 12 nəfərin meyiti AŞKARLANDI

Gürcüstanın Qudauri kurortunda 12 nəfərin meyiti aşkarlanıb. Viral.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Ölənlər arasında Gürcüstanın bir vətəndaşı və 11 əcnəbi var. Onların hamısının restoran işçiləri olduğu ehtimal edilir. Meyitlərin üzərində zorakılıq əlamətlərinə rast gəlinməib. Ehtimala görə, ölümlərin səbəbi dəm qazındən zəhərlənmədir.

Ətraflı
photo 263730

Tbilisidə parlamentin qarşısında müxalifətin etiraz aksiyası başladı

Tbilisidə parlament binası qarşısında müxalifətin etiraz aksiyası keçirilir. Viral.az APA-ya istinadən xəbər verir ki, Rustaveli prospektində keçirilən mitinq iştirakçılarına Gürcüstan prezidenti Salome Zurabişvili də qoşulub. Aksiya səbəbilə Rustaveli prospektində şəhərin əsas yolkasının işıqlandırılması tədbiri təxirə salınıb.

Ətraflı
photo 263722

Türkiyə və Britaniyanın müdafiə nazirləri Suriyadakı durumu müzakirə EDİBLƏR

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə britaniyalı həmkarı Con Hili arasında telefon danışığı olub. Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, tərəflər Suriyadakı son durumu müzakirə ediblər. Onlar həmçinin regional, beynəlxalq təhlükəsizlik və müdafiə məsələləri barədə fikir mübadiləsi aparıblar.

Ətraflı
photo 263718

Sumqayıtda yaşayış binasında YANĞIN

Sumqayıtda yaşayış binasında yanğın olub. Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan üçotaqlı mənzilin yataq otağında 6 m² sahədə ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən binanın altı sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi…

Ətraflı
photo 263707

Küləkli havaya görə xəbərdarlıq EDİLDİ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Viral.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, xəbərdarlıq dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlıdır. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Hacıqabul, Salyan, Neftçala, Daşkəsən, Göygöl, Gəncə, Goranboy, Naftalan, Bərdə,…

Ətraflı
photo 263703

Bu gecə yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var. Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir.

Ətraflı
photo 263697

Milli Qəhrəman Əliyar Əliyevin doğum GÜNÜDÜR

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. Viral.az xəbər verir ki, o, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və…

Ətraflı