“Türkiyə gözəli” tənqidlərə bu cavabı VERDİ

Məlum olduğu kimi, “Miss Turkey 2024”ün qalibi İdil Bilgen yarışmadan sonra tənqidlərə məruz qalıb. Viral.az xəbər verir ki, 24 yaşlı model “NOW TV”də Çağla Şikəlin qonağı olub. Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgenin qızı olduğu ortaya çıxan Bilgen verilişdə tapşırılması ilə bağlı iddialara aydınlıq gətirib. Tibb fakültəsi məzunu, 24 yaşlı İdil Bilgen şərhlərdə onu alçaldanlara…

Ətraflı

“Formula 1” final yarışının qalibləri mükafatlandırıldı – FOTO

Bakıda “Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində “Formula 1” üzrə final yarışlarının qalibi və medalçıları mükafatlandırılıb. Viral.az xəbər verir ki, əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Böyük Britaniya və Avstraliyanın Dövlət himnləri səsləndirilib. Final yarışının qaliblərinə rəsmi mükafat və medalları Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti Məhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar…

Ətraflı

Goranboyda ev yandı, 6 aylıq körpə xəsarət aldı – FOTO

Goranboyda baş verən yanğında 6 aylıq körpə yanıq xəsarətləri alıb. Viral.az xəbər verir ki, yanıq xəsarətləri alan 2024-cü il təvəllüdlü Ö.Mammedovdur. Körpənin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb. *** 18:11 Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20…

Ətraflı

Sakaryada fabrikdə partlayış oldu: Yaralananlar var

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikada baş vermiş partlayışda 20 nəfər yaralanıb. Viral.az xəbər verir ki, bu barədə “TRT Haber” “Anadolu”ya istinadən bildirib. “Makaron fabrikasında hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb”, – məlumatda qeyd olunub. İlkin məlumata görə, hadisədə 20 nəfər yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

İngiltərə AVRO-2028-ə buraxılmaya BİLƏR

UEFA idmana siyasi müdaxiləyə görə İngiltərəni 2028-ci ildə keçiriləcək futbol üzrə növbəti Avropa çempionatından kənarlaşdıra bilər. Viral.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb. Yığmanın UEFA-nın himayəsi altında keçirilən turnirdən kənarlaşdırılmasına Böyük Britaniyanın əsas siyasi partiyaları tərəfindən konsepsiyası irəli sürülən müstəqil futbol tənzimləyicisinin yaradılması səbəb ola bilər. Bu tənzimləyicinin vəzifəsi ingilis klublarına…

Ətraflı

Narkotik aludəçisi ürəktutmadan ÖLDÜ

Sumqayıt şəhərində narkotik cinayətlərinə görə dəfələrlə məhkum olunan, narkotik aludəçisi ürəktutmadan ölüb. Viral.az Report-a istinadən xəbər verir ki, şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən tədbirlərlə üzərindən 2 bükümdə psixotrop maddə olan metamfetamin aşkarlanan 1979-cu il təvəllüdlü Sahib Gözəli saxlanılıb. Bu zaman onun halı qəfil pisləşdiyindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya aparılıb. Göstərilən…

Ətraflı

İsrail ordusu HƏMAS-ın qərargahını DAĞITDI

İsrail hərbçiləri Qəzza bölgəsinin Beyt-Xanun şəhərində radikal Fələstin HƏMAS hərəkatının silahlı qanadının qərargahına zərbə endirib. Viral.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, qərargah Beyt-Xanunda “Raazi eş-Şua” məktəbi kimi istifadə olunan kompleksin daxilində yerləşdirilib və HƏMAS-ın nəzarət və idarəetmə mərkəzi kimi tanınır. Bura həmçinin İsrail müdafiə qüvvələrinə və dövlətin…

Ətraflı

Azərbaycan badmintonçusu bürünc medal QAZANDI

Azərbaycan badmintonçusu Ülvi Hüseynov Malayziyanın Ravanq şəhərində keçirilən açıq turnirdə uğurlu çıxışla yadda qalıb. Badminton Federasiyasından Viral.az-a verilən məlumata görə, o, 18 yaşadək kişi badmintonçuların şəxsi yarışında bürünc medal qazanıb. Mübarizəyə 1/32 finaldan başlayan badmintonçu yalnız finala gedən yolda turnirin qalibi, yerli idmançı Lai Man Tata 0:2 (22:24, 16:21) hesabı ilə uduzub. Qeyd edək ki,…

Ətraflı

Əminə Ərdoğan da Bakıya GƏLİR

Türkiyənin birinci xanımı Əminə Ərdoğanla bərabər COP-29-da iştirak edəcəyik. Viral.az-a xəbər verir ki, bunu Türkiyənin Qaziantep vilayətinin böyük şəhər bələdiyyəsinin sədri Fatma Şahin Report-a açıqlamasında bildirib. F.Şahin deyib ki, Ə.Ərdoğan bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu tədbirin Azərbaycanda keçirilməsinə çox önəm verir: “Bizim Azərbaycanla gözəl qardaşlığımız, sarsılmaz birliyimiz var ki, məhz bu da bütün…

Ətraflı

ABŞ Rusiyaya görə Alyaskaya təcili qoşun YERİTDİ

Rusiya və Çinin Sakit okean regionunda keçirdiyi “Okean-2024” strateji komanda-qərargah təlimi fonunda ABŞ təcili olaraq Aleut adalarına (Alyaska) silah və qoşun yeridib. Viral.az xəbər verir ki, bu barədə “Biznes İnsayder” məlumat yayıb. Məlumata görə, yerləşdirilən silahlar arasında HİMARS reaktiv yaylım atəş sistemləri də var. Qeyd edək ki, sözügedən təlimlər sentyabrın 10-da başlayıb.

Ətraflı

Rusiya Xarkovda 28 nəfəri YARALADI

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli binanı atəşə tutması nəticəsində azı 28 nəfər yaralanıb. Viral.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleh Sinehubov, habelə İhor Terexov sosial şəbəkədə yazıb. “İşğalçılar Xarkovu vurdular. Nemışlyanski rayonunda mülki infrastruktur zədələnib, hazırda üç yaralı var”, – administrasiya rəhbəri qeyd edib. Terexov isə Rusiya ordusunun…

Ətraflı

Azərbaycan Qran-prisi karyeramın ən yaxşı yarışlarından biri oldu

Bu, karyeramın ən yaxşı yarışlarından biri oldu. Viral.az xəbər verir ki, bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi olan “McLaren” pilotu Oskar Piastri deyib. 23 yaşlı sürücü son dövrələrin onun üçün bir az rahat keçdiyini bildirib: “Hazırda Konstruktorlar kubokunda liderik. 12 ay əvvəl belə nəticələr mümkün deyildi. Bu, böyük komanda işidir”.

Ətraflı

Qəzzada ölənlərin sayı 41.2 minə ÇATDI

Qəzza zolağında ölənlərin sayı 41 mini ötüb. Viral.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. “2023-cü ilin oktyabrından bu yana İsrailin Qəzzadakı əməliyyatları nəticəsində ölənlərin sayı 41 206 nəfərə çatıb, 95 337 nəfər yaralanıb”, – qurum bildirib. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab…

Ətraflı

“Formula 1”: “McLaren” pilotu Azərbaycan Qran-prisinin qalibi oldu

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub. Viral.az xəbər verir ki,  “McLaren” pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb. 16:15 Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışında “McLaren” pilotu Oskar Piastri liderliyini davam etdirir. Viral.az xəbər verir ki, 23 yaşlı sürücü 40 dövrədən sonra birinci yerdədir. “Ferrari”dən Şarl Lekler ikinci, “Red…

Ətraflı

Ronaldo virusa YOLUXDU

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo virusa yoluxub. Viral.az xəbər verir ki, bu barədə “Əl-Nəsr” klubunun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı ön xətt oyunçusu xəstəlik səbəbindən Asiya Çempionlar Liqasının I turunda İraqın “Əl-Şorta” klubu ilə səfər matçını buraxacaq. Qeyd edək ki, “Əl-Şorta” – “Əl-Nasr” oyunu sentyabrın 16-da Bağdadda keçiriləcək.

Ətraflı

Rusiya bu bombaların istehsalını ARTIRDI

Rusiya idarə olunan bombaların istehsalını bir neçə dəfə artırıb. Viral.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. “Dəqiq idarə olunan aviabombalar böyük problemdir. Heç kimi qorxutmayacağam, amma onların istehsalı bir neçə dəfə artıb. Bu, cəbhə xəttində böyük problem yaradır. Bunlar taktiki dərinlikdə işləyən silahlardır. Yəni, əsasən təmas xəttində və onun…

Ətraflı