Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Kanada bu ölkənin rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir.
Viral.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.
Qeyd olunub ki, Kanada 2024-cü il oktyabrın 26-da ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi parlament seçkilərinin rəsmi nəticələrini nəzərə alıb.
Son Yazılar:
- Luis Enrike PSJ-nin baş məşqçisi kimi antirekorda imza ATDI
- Medvedev nüvə silahının istifadəsi riskinin yüksək olduğunu AÇIQLADI
- Salyanda avtomobil 10 yaşlı uşağı VURDU
Bu baxımdan Ottava G7 və Avropa ilə razılaşdırılaraq Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxacaq: “Biz bütün tərəfləri sakit olmağa, Gürcüstan hakimiyyətini isə dinc etirazlar kontekstində insanların hüquq və təhlükəsizliyinə hörmət etməyə çağırırıq”, – bəyanatında deyilir.