88 yaşlı qadını aldadan 21 yaşlı qız tutuldu – VİDEO

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb. Viral.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt sakini olan 1936-cı il təvəllüdlü bir qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsi ilə əlaqə saxladığını və gəlininin yol-nəqliyyat hadisəsi törətdiyini dediyini, daha sonra mənzilə gələn naməlum şəxsə 4000 manat verdiyi barədə polisə müraciət edib. Nizami…

Ətraflı

Suriyada SEPAH-ın komandiri ÖLDÜRÜLDÜ

İsrailin Suriya paytaxtı Dəməşqi bu günlərdə vurması nəticəsində yaralanan İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) müşaviri Məcid Divani oktyabrın 3-də ölüb. Viral.az xəbər verir ki, məlumatı İSNA yayıb. Bildirilib ki, Məcid Divani SEPAH-ın aparıcı fiqurlarından olub. Məlumata görə, o, oktyabrın 1-də İsrailin Dəməşqi vurması nəticəsində yaralanıb. İnformasiyaya əsasən, həmin gün üç nəfər ölmüş, doqquz nəfər yaralanmışdı. Ölənlər…

Ətraflı

Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib. Viral.az xəbər verir ki, dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verildi. Bildirildi ki, yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarnın yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq. Baş plana uyğun olaraq, kompleksdə 3, 4,…

Ətraflı

Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub. Viral.az xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi. Qeyd olundu ki, yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir. Yaşayış məhəlləsi 5 hektar…

Ətraflı

Bu yolda avtobus zolağına vaxt məhdudiyyəti QOYULDU

Abbas Mirzə Şərifzadə küçəsində təşkil edilən avtobus zolağına vaxt məhdudiyyəti tətbiq olunub. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağının saat 07:00-21:00 aralığında qüvvədə olma vaxtını göstərən yol nişanı quraşdırılıb. Beləliklə, A.M.Şərifzadə küçəsində digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə…

Ətraflı

Cəbrayılda yeni müəssisələrin təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər. Viral.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma sənaye parkında görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata…

Ətraflı

İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ÖDƏDİ

Milli Məclisin sabiq deputatı İqbal Məmmədov son 15 gündə “Kaspi Yıldız” şirkətinə görə dövlətə olan milyonlarla borcunu ödəyib.   Viral.az xəbər verir ki, illərdir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 10 milyon manata yaxın borcu olan İqbal Məmmədov parlament seçkilərindən sonra 8 milyon 123 min 438 manat 13 qəpik ödəyib.  Əldə etdiyimiz məlumata görə, sabiq deputata məxsus…

Ətraflı

“Direktorların başı pul yığmağa qarışdığı üçün şagirdlər bir-birini bıçaqlayır”

“Biz həmişə deyirik ki, məktəblərdə nəzarət olmalıdır. Məncə, ən çox məktəblərdə valideynlər və müəllimlər arasında birlik bərpa olunmalıdır. Bu gün müəllimlər uşağa söz deməyə qorxurlar. Düzdür, bəzi müəllimlər var ki, rüşvət alırlar, pul yığırlar, sosial şəbəkələrdə bunun səsi çıxır”.  Viral.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı, prodüser Tarix Əliyev (Tolik)  deyib.  Son vaxtlar məktəblilərin iştirakı ilə müxtəlif…

Ətraflı

Nobel Sülh favoritlərinin adı açıqlandı

Oktyabrın 11-də Nobel Sülh Mükafatının elan edilməsi ərəfəsində ekspertlər Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınları Agentliyi (UNRWA), Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin Baş katibi Antonio Quterreş də daxil olmaqla bir neçə əsas favoritlərin adını çəkiblər. Bu barədə Viral.az “Reuters”ə istinadla xəbər verir. Qəzza və Ukraynada müharibələrlə yadda qalan 2024-cü ildə komitə diqqətini silahlı münaqişələrdən zərər çəkmiş mülki…

Ətraflı

Qurban Qurbanovun “Malmö” planı – TƏXMİNİ HEYƏT

Bu gün Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda “Qarabağ” İsveçin “Malmö” klubu ilə üz-üzə gələcək. Viral.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində ciddi itki var. Mateus Silva zədə səbəbindən meydana çıxa bilməyəcək. Bundan başqa heyətdə hansısa problem yoxdur. Görəsən, Qurban Qurbanov “Malmö” qarşısına hansı heyətlə çıxacaq.  Sxemdə hansısa dəyişiklik olmayacaq. Qurban Qurbanov 4-5-1-dən istifadə edəcək….

Ətraflı

Beyrutda Belçika telekanalının çəkiliş qrupuna hücum EDİLDİ

Beyrutun mərkəzində Belçika VTM telekanalının çəkiliş qrupu hücuma məruz qalıb. Viral.az xəbər verir ki, bu barədə Belçikanın “Belga” agentliyi məlumat yayıb. Bildirilib ki, müxbir Robin Ramayekers və operator Stayn De Smet Livanın paytaxtında baş verən partlayışlar haqqında reportaj hazırlayarkən naməlum şəxslər onlara hücum ediblər

Ətraflı

Bu dərmanlar əhaliyə pulsuz VERİLƏCƏK

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib. Viral.az xəbər verir ki, iclası açan komitənin sədri Əhliman Əmiraslanov gündəliyin birinci məsələsi – Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Sonra Əhliman Əmiraslanov gündəlikdəki qanun layihələrini təqdim edib. Gündəliyin ikinci məsələsi -“Əhalinin sağlamlığının qorunması haqqında” və…

Ətraflı

MEDİA-nın növbəti könüllülük proqramı uğurla yekunlaşdı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb. Viral.az xəbər verir ki, 2024-cü ilin mart-iyun aylarını əhatə edən proqram çərçivəsində MEDİA könüllüləri Agentliyin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanıblar. Proqram çərçivəsində könüllülər bir sıra fərdi və peşəkar inkişaf təlimlərində, yerli…

Ətraflı

Bu deputatların dairələrində DSK sədrləri işdən ÇIXARILDI

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda 4 Dairə Seçki Komissiyalarının (DSK) tərkibində dəyişiklik edilib. Viral.az xəbər verir ki, 24 saylı Nizami birinci DSK-nın sədri Nizami Nəcəfov vəzifəsindən azad edilib.  Onun əvəzinə Fəridə Rzayeva təyin edilib. Qeyd edək ki, sözügedən dairədən Könül Nurullayev deputat seçilib. Seçkilərdən sonra dairənin 4, 6, 28, 31, 33 nömrəli seçki məntəqələrinin nəticələri…

Ətraflı

İlham Əliyev Cəbrayılın Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Viral.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, layihələndirilən…

Ətraflı

Bu yolda hərəkət məhdudlaşdırılacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən (“Ekologiya postu”) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü kilometrinə qədər aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq sabah saat 06:00-dan başlayaraq Şamaxı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. Viral.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. “Yol bağlanmır. Sürücülərdən qeyd olunan…

Ətraflı