İran bu ölkələrlə hərbi təlimə başladı

Şənbə günü Hind okeanında İran, Rusiya və Omanın hərbi-dəniz təlimləri başlayıb. Viral.az xəbər verir ki, bu barədə məlumatı İranın Press TV kanalı yayıb. Bildirilib ki, “IMEX 2024” adlı hərbi təlimlərin məqsədi bölgədə kollektiv təhlükəsizliyi gücləndirmək, çoxtərəfli əməkdaşlığı genişləndirmək, sülh və dəniz ticarət yollarının təhlükəsizliyini təmin etmək imkanlarını artırmaqdır. Təlimlər Yaxın Şərqdəki gərginlik fonunda keçirilir.  

Ətraflı

Simpsonlar gələcəyi belə bilirmişlər…

Simpsonlar ən uzun müddət davam edən cizgi filmi olaraq rekord qırdı. Otuz ildən çox davam edən çizgi film çoxsaylı mükafatlarının qalibidir. İstəsəniz də, istəməsəniz də nə vaxtsa Simpsonlar haqqında eşitmisiniz. Bu orta səviyyəli amerikalı ailə bütün dövr ərzində gələcəklə bağlı proqnazlar verir. Bu proqnozlardan bəziləri o qədər dəqiqdir ki, siz bunun proqnoz deyil, bir növ…

Ətraflı

Azərbaycandan xaricə uçuşların sayı ARTIB

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 41 ölkəyə 20 165 aviareys təşkil olunub. Viral.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5 %) və 3 325 aviareys (19,7 %) çoxdur. Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 5 865 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən…

Ətraflı

Mobil operatorlar müştərilərin razılığı olmadan bunu edə biləcək

Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorlarının daxil edilir. Viral.az xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Kredit büroları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bununla da mobil telefon…

Ətraflı

Ərdoğan Şoltsla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kanslerlə görüşüb. Viral.az xəbər verir ki, görüş Dolmabahçe sarayında baş tutub. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın, Prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak edib.    

Ətraflı

Bakıda bu məktəbə direktor təyin EDİLDİ

Bakı şəhəri Xətai rayonunda yerləşən Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib. Viral.az xəbər verir ki, Nağıyev Ruslan Özbəy oğlu məktəbin direktoru təyin olunub. O, bu həftə vəzifəsinin icrasına başlayıb. Ruslan Nağıyev Azərbaycan dili və ədəbiyyat müəllimidir, o, 2023-cü ildən 165 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, 257 nömrəli məktəbin…

Ətraflı

Erməni general NATO tədbirində iştirak etdi

Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-17-də Kasablankada (Mərakeş) NATO-nun Əməliyyat İmkanı Konsepsiyasının illik konfransında iştirak edib. Viral.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində general-mayor Yeroyan NATO-nun bir sıra həmkarları, o cümlədən Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının Baş Qərargah rəisinin müavini,…

Ətraflı

Gündüz monitorinqləri yekunlaşdı

Bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi çərçivəsində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gündüz saatlarında keçirilən monitorinqlər uğurla yekunlaşıb. COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən Viral.az-a bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi…

Ətraflı

Bu ərazidə sursat AŞKARLANDI

Naxçıvan şəhər, Kəngərli rayon Çalxanqala kəndi ərazisində hərbi sursat aşkarlanıb. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən Viral.az-a ​​​​verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib. Kəngərli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd 85 mm-lik top mərmisi olduğu müəyyən edilib….

Ətraflı

Paşinyan itlərin hücumuna məruz qaldı

Ermənistanın baş naziri Nikol Paşinyan itlərin hücumuna məruz qalıb. Viral.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” məlumat yayıb. Nəşrin məlumatına görə, insident bu gün səhər saatlarında Paşinyanın Gümrü şəhərinin küçələrində velosiped sürdüyü zaman baş verib. “Şəhər sakinlərindən biri dedi ki, bütün Gümrü Paşinyanın Slobodka məhəlləsində velosiped sürdüyü zaman ona və mühafizəçilərinə sahibsiz itlər sürüsünün…

Ətraflı

Qadını şantaj edən şəxs SAXLANILDI

Gəncə şəhərində qadın şantaj edilib, ondan pul tələb olunub. Viral.az xəbər verir ki, Gəncə şəhər sakini olan bir xanım Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini bildirib. Daxili İşlər…

Ətraflı

Azərbaycan Basketbol Liqasında növbəti qarşılaşma

Azərbaycan Basketbol Liqasının ilk turunda daha bir qarşılaşma baş tutub. Viral.az xəbər verir ki, NTD və “Abşeron” komandaları üz-üzə gəlib. A qrupunda yer alan kollektivlərin Bakı İdman Sarayında keçirilən görüşündə “Abşeron” qələbə qazanıb – 75:69. Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.

Ətraflı

Putin COP29-da iştirak ETMƏYƏCƏK?

Rusiya Prezidenti Vladimir Putin noyabrda Bakıda keçiriləcək COP29 tədbirində iştirak etməyəcək. Viral.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan hökumətindəki mənbələrə istinadən “BBC Azərbaycanca” yayıb. Bildirilib ki, Rusiya sözügedən tədbirdə Baş nazir səviyyəsində təmsil olunacaq.  Bununla yanaşı, mənbələr Rusiya liderinə rəsmi dəvət göndərildiyini də təsdiqləyiblər. Bildirilir ki, Rusiya tədbirdə Baş nazir səviyyəsində təmsil olunacaq. Qeyd edək…

Ətraflı

Dünya çempionu müharibədə ÖLDÜ – FOTO

Dırmanma üzrə dünya çempionu Maksim Petrenko Ukrayna müharibəsində ölüb. Viral.az xəbər verir ki, bu barədə Ukrayna Milli Olimpiya Komitəsi məlumat yayıb. Sabiq idmançının Ukraynanın Donetsk vilayətinin Toretsk şəhəri uğrunda gedən döyüşlərdə öldüyü bildirilir. Maksim Petrenko iki dəfə gənclər arasında dırmanma üzrə dünya çempionatında qızıl medal qazanıb. Böyüklər səviyyəsində onun ən yüksək nailiyyəti 1999-cu ildə Birmingemdə keçirilən…

Ətraflı

Futbolumuzda rekord təkrarlandı

Azərbaycan futbolunda ən böyük hesablı qələbə təkrarlanıb. Viral.az xəbər verir ki, bu II Liqanın VII turunda baş verib. “Göygöl” öz meydanında “Füzuli”ni 9 cavabsız qolla məğlub edib. Bu fərq son 8 mövsümün rekordunun təkrarıdır. Daha böyük fərq isə 2016/17 mövsümündə qeydə alınıb. I Divizionda “Zaqatala” “Energetik”in qapısına 10 dəfə yol tapıb. (Offisideplus.az)

Ətraflı

Qərargah rəisi azadlığa buraxılmadı, amma cəzası azaldıldı

Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş “N” saylı hərbi hissənin qərargah rəisi Vüsal Əliyevin kassasiya şikayətinə baxılıb. Viral.az “Qafqazinfo”ya  istinadən xəbər verir ki, Ali Məhkəmə məhkum zabitin şikayətini qismən təmin edib. Hakimlər V.Əliyevin azadlığa buraxılmasını uyğun hesab etməyib. Qərara əsasən, onun cəzası 6 ay azaldılıb. Məhkumun cəzaçəkmə müddəti 2023-cü ilin aprelindən hesablanır. Xatırladaq…

Ətraflı

HƏMAS-ın yeni lideri kimdir? – DOSYE

HƏMAS lideri Yəhya Sinvarın öldürülməsindən sonra yeni liderin kim olacağı ilə bağlı suallar artıb. Viral.az xəbər verir ki, Livanda yerləşən “LBCI” xəbər saytı yeni liderin HƏMAS-ın xaricdəki ofisinin rəhbəri Xalid Məşəl olduğunu iddia edib. Qeyd edək ki, Məşəl 1997-ci ildə MOSSAD-ın sui-qəsd cəhdindən sağ çıxdıqdan sonra İordaniyadan deportasiya edilib. Suriyaya köçən Məşəl 2004-cü ildə Şeyx Əhməd…

Ətraflı

Onlayn ayaqqabı sifariş vermişdi, qutudan çıxanlardan ŞOK OLDU

İngiltərədə onlayn alış-veriş mağazasından ayaqqabı alan gənc qız qorxu dolu anlar yaşayıb. Viral.az xəbər verir ki, Bristol universitetinin tələbəsi Sofia Alonso-Mossinger alış-veriş saytından özünə ayaqqabı sifariş edib. O, evə gətirdiyi karqonu açanda qutudan ayaqqabı əvəzinə canlı əqrəb çıxıb. Nə edəcəyini bilməyən qız bu barədə müvafiq orqanlara şikayət ərizəsi yazıb. Qurumdan bildirilib ki, araşdırma aparılır. Qeyd edək ki,…

Ətraflı

Çinin dron istehsalçısı Pentaqonu məhkəməyə verdi

Çinin mülki dron istehsalçısı DJI şirkəti sanksiyalar siyahısına salındığı üçün Pentaqona qarşı məhkəmə iddiası qaldırıb. Viral.az bu barədə TASS agentliyinə istinadən xəbər verib. DJI iddia edib ki, şirkət hər zaman mülki PUA-ların istifadəsini təşviq edib və məhsullarının hərbi məqsədlər üçün istifadəsinə qarşı olub. “Şirkət Çin ordusuna məxsus deyil və hərbi qurum tərəfindən idarə edilmir”, – deyə…

Ətraflı