Paşinyan itlərin hücumuna məruz qaldı

Ermənistanın baş naziri Nikol Paşinyan itlərin hücumuna məruz qalıb.

Viral.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” məlumat yayıb.

Nəşrin məlumatına görə, insident bu gün səhər saatlarında Paşinyanın Gümrü şəhərinin küçələrində velosiped sürdüyü zaman baş verib.

Son Yazılar:

“Şəhər sakinlərindən biri dedi ki, bütün Gümrü Paşinyanın Slobodka məhəlləsində velosiped sürdüyü zaman ona və mühafizəçilərinə sahibsiz itlər sürüsünün hücum etməsindən və sonra onların çaxnaşma içində məhəlləni tərk etmələrindən danışır”, – KİV-də yazılıb.