İvanişvili və Kobaxidze mandandan imtina EDİR

Bidzina İvanişvili deputat mandatından imtina etmək niyyətindədir.

Viral.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin “Gürcü Arzusu” fraksiyasının rəhbəri Mamuka Mdinaradze deyib.

“Burda gizlədəcək heç nə yoxdur, bildiyim qədər, cənab Bidzina İvanişvili, İrakli Kobaxidze, İrakli Qaribaşvili parlamentdə qalmaq fikrində deyillər. Onlar partiyamızın təmsilçiləri və liderləridir, tələb olunduğu kimi, parlament siyahısında idilər. Amma mandandan imtina edəcəklər”, – Mdinaradze bildirib.

Son Yazılar:

Qeyd edək ki, hakim partiya baş nazir vəzifəsinə İrakli Kobaxidzenin namizədliyini irəli sürüb. O, artıq yeni kabineti təqdim edib.