Bakı və İrəvan normallaşma prosesində mühüm irəliləyişlər əldə edib

Azərbaycan və Ermənistan son bir ildə suverenlik və ərazi bütövlüyünü təmin etməklə yanaşı, birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində, xüsusən də dövlət sərhədinin müəyyən olunması və demarkasiyasına dair ikitərəfli sazişin hazırlanması ilə bağlı mühüm irəliləyişlər əldə edib. Viral.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində…

Ətraflı

COP29 üzrə ortaq məqsədlər müzakirə EDİLDİ

COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Hartla COP29 üzrə ortaq məqsədləri müzakirə edib. Viral.az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib. “COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev 50 gündən az müddətdə Bakıda keçiriləcək konfransadək COP29…

Ətraflı

Netanyahu ABŞ-dən İsrailə qayıdıb – KİV

İsrail ordusunun Beyrutdakı “Hizbullah” qərargahına endirdiyi zərbələrdən sonra cümə günü ABŞ-yə səfərini yarımçıq kəsən İsrailin Baş naziri Binyamin Netanyahu İsrailə qayıdıb. Viral.az xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb. Radiostansiyaya görə, şənbə günü axşam Baş nazirin təhlükəsizlik məsələləri ilə bağlı iclası planlaşdırılır. Cümə günü ordunun mətbuat xidməti İsrail Hərbi Hava Qüvvələrinin “Hizbullah”ın Beyrutdakı…

Ətraflı

Razılıq verməsək, Türkiyə bunu edə bilməz

Türkiyə Rusiyanın razılığı olmadan S-400 komplekslərini başqa ölkələrə sata bilməz. Viral.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Silahların alqı-satqısı müqavilələrində son istifadə sertifikatı haqqında qrafa var. Belə bir sertifikatla təchiz edilən məhsullar üçün bu silahı alan ölkə son istifadəçi kimi göstərilib. Başqa bir şey etmək üçün bu silahları satan ölkənin…

Ətraflı

Netanyahu müharibənin bölgəyə yayılmasını istəyir

İsrail ordusunun Livanda həyata keçirdiyi hücumda Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı Türkiyə Xarici İşlər Naziri Hakan Fidan deyib: “Görünür, İsrail və Netanyahunun müharibənin bölgəyə sıçraması arzusu var”. Viral.az xəbər verir ki, Nazir Fidan Nyu-Yorkdakı Türkevidə “TRT News”un canlı yayımında gündəmi qiymətləndirib və jurnalistlərin suallarını cavablandırıb. Fidan, bir il əvvəl dediklərinin baş verdiyini və…

Ətraflı

Ukrayna Ali Məhkəməsinin hakimi dron hücumunda ÖLDÜ

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kozaça Lopan qəsəbəsinə dron hücumu nəticəsində respublikanın Ali Məhkəməsinin hakimi ölüb. Viral.az xəbər verir ki, bu barədə ölkənin Xarkov Vilayət Dövlət Administrasiyasnın sədri Oleh Sinehubov və Xarkov vilayət prokurorluğu məlumat yayıb. Bildirilib ki, hücum sentyabrın 28-də yerli vaxtla 13:00 (Bakı vaxtı ilə 14:00) radələrində gerçəkləşib. “Dron şəxsi avtomobilə dəyib….

Ətraflı

“Bilirik ki, provakasiyaya gedən futbolçudur”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 8-ci turu çərçivəsində baş tutan “Kəpəz”lə ev oyunundan sonra fikirlərini bölüşüb. Viral.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra keçirilmiş mətbuat konfransında bunları deyib: “Oyundan qabaq da matçın bizim üçün çətin və gərgin keçəcəyini düşünürdük. Çünki rəqib neçə tur idi ki, uduzurdu. Onlarda baş məşqçi…

Ətraflı

Bakıda baş verən güclü yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Viral.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi…

Ətraflı

Azərbaycanın iki təmsilçisi WAKO Dünya Kubokunun qalibi OLDU

zərbaycanın iki kikboksçusu Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan WAKO Dünya Kubokunun qalibi olub. Viral.az “Report”a istinadən xəbər verir ki, K1 versiyasında Məhəmməd İmanov (60 kq) və Amin Quliyev (67 kq) mükafata sahib çıxıblar. İmanov finalda Tailand idmançısı Panya Phongsakonu, Quliyev isə türkiyəli Ercan Tanrıverdini məğlub edib.

Ətraflı

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

İmişli rayonunda qazıntı zamanı yeraltı qaz kəməri zədələnib, 9 yaşayış məntəqəsində təchizat dayanıb. Viral.az xəbər verir ki, “İmişli 1” ölçü qovşağından qidalanan PE 225 mm-ilk ortatəzyiqli “Bəhrəmtəpə” daşıyıcı yeraltı qaz kəmərinin Şahverdilər kəndi ərazisindən keçən hissəsi rabitə xətti çəkən podratçı təşkilata məxsus texnika tərəfindən zədələnib. Baş vermiş qəzanın aradan qaldırılması zəruriyyəti ilə əlaqədar olaraq, işlər…

Ətraflı

ABŞ Ukraynadan atəşkəs planı gözləyirdi

Qərb tərəfdaşları Kiyevi qeyri-müəyyən müddətə dəstəkləməyə hazır deyil, ona görə də ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskidən “qələbə” deyil, atəşkəs planı gözləyirdi. Viral.az xəbər verir ki, bunu Ukraynanın Vaşinqtondakı keçmiş səfiri Valeri Çalıy deyib. Onun sözlərinə görə, Ukraynanın tərəfdaşları, o cümlədən ABŞ, birbaşa deyirlər ki, onlar yaxın bir neçə il üçün hər il 100 milyard dollar…

Ətraflı

Ərdoğandan Livana hücumla bağlı AÇIQLAMA

İsrailin Qəzza və Ramallahdakı qorxunc siyasətini Livana və regionun digər ölkələrinə yaymaq cəhdlərinə son verilməlidir. Viral.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyir, hücumlarda həyatını itirən bütün livanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm”, – Ərdoğan qeyd edib.

Ətraflı

İranda 5 günlük matəm elan EDİLDİ

İran hökuməti İsrailin hücumu nəticəsində həlak olan Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın xatirəsinə 5 günlük matəm elan edib. Viral.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. “İran İslam Respublikası Həsən Nəsrullahın şəhid olması ilə nəticələnən cinayətkar və vəhşi hücumunu pisləyir”, – məlumatda qeyd edilib.

Ətraflı

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa ÇATDI

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb. Bu barədə Viral.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Hər üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər. İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi…

Ətraflı

Onun bu fikirləri əsassızdır – Rəsmi Bakı

Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun Ermənistanın “Armenpress” xəbər agentliyinin sualına cavabında Avropa İttifaqının Ermənistandakı Missiyasının mandatı və Ermənistanın militarizasiyası barədə səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik…

Ətraflı

Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar

Hizbullah lideri Həsən Nəsrullahın meyiti üzüyü ilə müəyyən edilib. Viral.az xəbər verir ki, Teleqram kanalları Nəsrullahın daima barmağında gəzdirdiyi üzüyünün fotosunu paylaşıb. Üzük dağıntılar arasından tapılıb. Qeyd edək ki, Hizbullah Şeyx Həsən Nəsrullahın İsrail tərəfindən öldürüldüyünü rəsmən təsdiqləyib. Eyni zamanda, təşkilat liderinin qızı və cənub qanadının başçısı Əli Karki də qətlə yetiriliib.

Ətraflı

İmişlidə qaz kəməri ZƏDƏLƏNDİ

İmişli rayonunda qazıntı zamanı yeraltı qaz kəməri zədələnib, 9 yaşayış məntəqəsində təchizat dayanıb. Viral.az xəbər verir ki, “İmişli 1” ölçü qovşağından qidalanan PE 225 mm-ilk orta təzyiqli “Bəhrəmtəpə” daşıyıcı yeraltı qaz kəmərininin Şahverdilər kəndi ərazisindən keçən hissəsini rabitə xətt çəkən podratçı təşkilata məxsus texnika tərəfindən aparılarkən zədələnib. Baş vermiş qəzanın aradan qaldırılması zəruriyyəti ilə əlaqədar…

Ətraflı

“Zirə” “Kəpəz”i məğlub ETDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda “Zirə” “Kəpəz”i məğlub edib. Viral.az xəbər verir ki, paytaxt təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib. 42-ci dəqiqədə Ceyhun Nuriyev, 51-ci dəqiqədə Rüstəm Əhmədzadə, 57-ci dəqiqədə Davit Volkov fərqlənib. “Qartallar” bu nəticədən sonra 15-ci xalını qazanıb və ikinci sıradakı “Qarabağ”a çatıb. Bütün görüşlərdə uduzan “Kəpəz” sonuncu – 10-cu pillədə…

Ətraflı

Tramp “Google”u məhkəməyə verəcək

ABŞ-nin sabiq prezidenti və Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp “Google” şirkətini məhkəməyə verəcəyini bildirib. Viral.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu şirkətin məlumat bazasında onun haqqında mənfi xarakterli məlumatlar yayıldığı, bunun əksinə, rəqibi – Demokratlar partiyasından namizəd Kamala Harris barədə müsbət materiallar yerləşdirildiyi iddiasını irəli sürüb. Məlumata görə, Donald Tramp 2024-cü il seçkilərində qalib…

Ətraflı