Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen In Rusiyaya səfər edə bilər
Viral.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın baş təhlükəsizlik müşaviri Ço Tae Yona istinadən məlumat yayıb.
Qeyd olunub ki, cari ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putin və Kim Çen In hərbi-texniki əməkdaşlığı istisna etməyən Hərtərəfli Əməkdaşlıq Sazişi imzalayıblar.
Son Yazılar:
- Ərindən boşanan Afətin ilk işi görün nə oldu
- Məşhur sitrus bazarından görüntülər: Satıcılar qiymətlərdən danışdı
- Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı yola salındı
Sənədin dördüncü maddəsinə əsasən tərəflərdən biri silahlı hücum nəticəsində müharibəyə cəlb edildikdə, BMT Nizamnaməsinin 51-ci maddəsini, habelə ölkələrin daxili qanunvericiliyini rəhbər tutaraq digər tərəf ona bütün mümkün vasitələrlə hərbi dəstək göstərməyi öhdəsinə götürür.
Sazişi noyabrın 9-da Rusiya, Şimali Koreya isə üç gün sonra ratifikasiya edib. Saziş ratifikasiya sənədlərinin mübadiləsi tarixindən qüvvəyə minir. Müqavilə qeyri-müəyyən müddətə qüvvədə olacaq.