Gürcüstan vətəndaşları banklarda nə qədər pul saxlayır?
Gürcüstanda banklara pul yatırılması artıb. Viral.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankın məlumatında deyilir. Məlumata görə, iyunda bank sektorunda əmanətlərin həcmi ay ərzində 3,49% və ya 1,85 milyard lari (680 milyon dollar) artıb. Ümumilikdə banklarda Gürcüstan vətəndaşlarına məxsus 54,83 milyard lari (20,1 milyard dollar) var.