“Bölgələrdə yeni iş yerlərinin gücləndirilməsi və artırılması aktual olaraq qalır. İkinci bir məsələ qazlaşdırılma ilə bağlıdır. Digər məsələ isə təbii ki, təhsillə bağlıdır”.
Viral.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov parlamentin noyabrın 26-da keçirilən iclasında deyib.
“Ötən ilin ən əlamətdar hadisəsi Qarabağ və Azərbaycan-Türkiyə universitlərinin yaradılmasıdır. Elmi dərəcələrə görə verilən pul artırılmalıdır. Yeni mexanizm nəzərdə tutulur və bu mexanizm sürətləndirilməlidir. O cümlədən, universitet müəllimlərinin də maaşında artım olmalıdır”, – deyə C.Məmmədov təkliflər verib. // redaktor.az