Yeni yeraltı parklanma məntəqəsi istifadəyə VERİLDİ

Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha bir yeraltı parklanma məntəqəsi istifadəyə verilib. Viral.az AYNA-ya istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsinin Həsən Əliyev və Fətəli xan Xoyski…

Ətraflı

Nyu-Yorkda üçtərəfli görüş keçirilir

Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb. Viral.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilir. Tərəflər arasında sonuncu dəfə görüş Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində baş tutub.

Ətraflı

ADY Çində keçirilən Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində iştirak edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sentyabrın 24-26-da Çində keçirilən 7-ci Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla iştirak edib. Viral.az quruma istinadla xəbər verir ki, Azərbaycanı sərgidə ADY ilə yanaşı, milli pavilyonda ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də təmsil edib….

Ətraflı

Şəhid Vaqif Alıyev Gəncədə dəfn EDİLDİ

Ağdərə rayonunun Sırxavənd kəndində qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vaqif Sərdar oğlu Alıyev Gəncə şəhərində dəfn edilib. Viral.az xəbər verir ki, şəhidin qalıqları Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.  Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak ediblər. Vaqif Sərdar oğlu…

Ətraflı

Rusiyada miqrant taksi sürücüləri yolu bağladı

Rusiyada miqrant taksi sürücüləri Saratovda Qaqarin hava limanına gedən yolu bağlayıblar. Viral.az xəbər verir ki, bu barədə “vzqlyad-info” məlumat yayıb. Bildirilir ki, hava limanı yaxınlığında reyd keçirilib. “Bu insanlar böyük qruplar halında yolun ortasında toplaşır, aksiya təşkil edirlər ”, – deyə yerli sakinlər şikayətləniblər. Bölgədə miqrantların nəqliyyatda işləməsinə qadağa qoyulub. Amma hadisə şahidləri bildiriblər ki, nəzarət edən…

Ətraflı

Bu agentliyin sədri DƏYİŞDİ

Yalçın Camalov Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinə sədr təyin edilib. Viral.az report.az-a istinadla xəbər verir ki, o, bu vəzifədə Seymur Mövlayevi əvəz edib. Qeyd edək ki, Y. Camalov bundan əvvəl Prezident Adminstrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin monitorinq və təhlil sektorunun müdiri, o vaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin İnvestisiyaların cəlb…

Ətraflı

Bakıda bu yol bağlanır: Sürücülərin DİQQƏTİNƏ

28 sentyabr 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsilə kəsişməyədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq. Viral.az xəbər verir ki, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Ətraflı

Taksi sürücüləri üçün növbəti imtahanın vaxtı AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün oktyabrın 27-də növbəti imtahan keçirəcək. DİM-dən Viral.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub. Həmin şəxslər sentyabrın 26-sı saat 16:00-dan oktyabrın 20-si saat 10:00-dək qeydiyyatdan keçməlidirlər. İmtahanda…

Ətraflı

Şəhid Mirzəli Quliyev Xocavənddə dəfn edildi

Xocavəndin Qaradağlı kəndidə ermənilərin törətdiyi faciə zamanı itkin düşmüş sayılan Quliyev Mirzəli Müslət oğlunun nəşinin qalıqları 32 ildən sonra doğma kəndində torpağa tapşırılıb. Viral.az xəbər verir ki, Mirzəli Quliyev 1952-ci ildə Qaradağlı kəndində dünyaya göz açıb. Doğma kəndinin müdafiəsi zamanı sona qədər döyüşüb. Erməni hərbi birləşmələrinin kəndi işğal etdiyi zaman Mirzəli Quliyev də əsir götürülüb…

Ətraflı

Elza Seyidcahan səhnədə yıxıldı: Qabırğası QIRILDI

Əməkdar artist Elza Seyidcahan səhnədə yıxılıb. Viral.az xəbər verir ki, bəstəkar-müğənni bildirib ki, Space telekanalında konsert çəkilişində olarkən səhnədə ayağı libasının ətəyinə ilişib və o yerə çırpılıb. “O konsertdə yarım saat oxudum. Növbəti dəfə libasımı dəyişib səhnəyə çıxdım. Fikirli idim. Libasımın ətəyi ayaqqabımın dabanına ilişdi, yerə çırpıldım. İsti-isti ağrını hiss etməmişəm. Mahnımı yenə oxudum. Həkimə getməyi…

Ətraflı

Yağış yağacaq, çaylarda sululuq artacaq

Sentyabrın 28-i gündüzədək bəzi rayonlarda qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda…

Ətraflı

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxs TUTULDU

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı ayrı-ayrı vətəndaşların vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən Əhməd Abdulkərimov saxlanılıb. Bu barədə Viral.az Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, araşdırmalarla onun özünü dövlət qurumlarından birinin keçmiş əməkdaşı və hüquq müdafiəçisi kimi təqdim edərək əsasən müharibə iştirakçılarını güzəştli mənzil, avtomobil,sığorta pulu,əlilliklə bağlı verilən məvacibi müddətsiz edəcəyi adı…

Ətraflı

İqtisadi müşavirədə Prezidentin çıxışı – TAM MƏTN

Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib. Viral.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Prezident İlham Əliyevin çıxışı – Bugünkü müşavirədə biz iqtisadi məsələləri müzakirə edəcəyik. İlin sonuna cəmi üç ay vaxt qalır. İlin sonuna qədər görüləcək işlər haqqında da fikir mübadiləsi aparılacaq. Bütövlükdə deməliyəm ki, ilin əvvəlindən iqtisadi…

Ətraflı

AMEA-da ilk dəfə Akademiklər kitabxanası AÇILDI

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) mühafizə edilən kolleksiyaların yerləşdiyi Akademiklər kitabxanasının və onun nəzdində olan oxu zalının açılışı olub. Viral.az xəbər verir ki, açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva və kitabxananın direktoru dosent Hüseyn Hüseynov iştirak ediblər. Akademik İsa Həbibbəyli bildirib ki, zəngin kitabxana fonduna malik olan Mərkəzi…

Ətraflı

Azərbaycan növbəti partiya meymunçiçəyi testləri alır

Tibbi Ərazi Bölmələri İdarəetməy Birliyi (TƏBİB) meymunçicəyi (MONKEYPOX ) virusunun aşkarlanması üçün növbəti dəfə PCR dəstləri alır. Viral.az xəbər verir ki, qurum PCR kitlərinin satın alınması ilə bağlı tender elan edib. Beləliklə, 5000 dəst PCR dəstinin sifariş edildiyi bildirilib. Qeyd edək ki, meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları ilk dəfə olaraq ötən ay…

Ətraflı

AMEA-nın yeni veb-saytı təqdim EDİLDİ

Sentyabrın 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib. Viral.az xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi-tədqiqat müəssisələrinin rəhbərləri, kitabxana direktorları, elektron xidmətlərə məsul şəxslər, ictimai xadimlər və media nümayəndələrinin geniş tərkibdə iştirak etdiyi tədbirdə MEK-in yeni veb saytı…

Ətraflı

Bayden Ukraynanı “Patriot” raketləri ilə təmin EDƏCƏK

ABŞ Ukraynanı əlavə “Patriot” hava hücumundan müdafiə (HHM) batareyası və raketlərlə təmin edəcək. Viral.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Qeyd olunub ki, bu barədə ABŞ Prezidenti Co Bayden göstəriş verib. Ukrayna, həmçinin F-16 qırıcıları tərəfindən istifadə edilə bilən JSOW döyüş sursatı alacaq.

Ətraflı