Tellur Mütəllimov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Viral.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah”ın futbolçusunun yubileyi Misli Premyer Liqasının XIII turuna təsadüf edib.
29 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub. Premyer Liqada 2015/16 mövsümündə debüt edən Tellur 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.
Son Yazılar:
- Prezidentdən təhsillə bağlı çox vacib SƏRƏNCAM
- İsrail qurbanları üçün mübarizəmizi davam etdirəcəyik
- İsrailin hücumları nəticəsində Qəzzada daha 4 nəfər həlak OLDU
Qeyd edək ki, Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur.