Fransada 3 uşağını öldürən ananın meyiti tapılıb.
Viral.az xəbər verir ki, hadisə Alplar bölgəsində, Taninges qəsəbəsində baş verib.
45 yaşlı müəllimə Deborah Pel 2, 11 və 13 yaşlı 3 uşağını öldürəndən sonra “Audi” markalı avtomobili ilə hadisə yerindən qaçıb. Uşaqlarını meyitlərini tapan nənə və baba polisə xəbər veriblər. Böyük personalla axtarışlara başlayan polis qadının həm də İsveçrə vətəndaşı olduğu üçün həmin ölkəyə getdiyini müəyyən edib.
Son Yazılar:
- Leysan yağacaq – XƏBƏRDARLIQ
- Lənkəranda 60 yaşlı kişi özünü GÜLLƏLƏDİ
- Mayk Tayson və rəqibinin qazanacağı – FANTASTİK MƏBLƏĞ
Axtarışlar nəticəsində Deborah Pelin meyiti sərhədi keçən kimi avtomobilində tapılıb.
Qadının bir müddətdir depressiyadan əziyyət çəkdiyi məlum olub. Araşdırma aparılır (lent.az).