Lənkəranda 60 yaşlı kişi özünü GÜLLƏLƏDİ

Lənkəran sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Viral.az xəbər verir ki, Lənkəranın Zövlə kənd sakini 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin güllə yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Yaxınlarının deməsinə görə, Q.Tarverdiyev Bakı şəhərində yaşayır və dünən anasının il məclisinə gəlib.

Son Yazılar:

Faktla bağlı araşdırma gedir (APA).