“Neftçi” klubunun Yüksək Qızlar Liqasında mübarizə aparan komandasının məşqçi və futbolçuları üçün seminar təşkil olunub.
Viral.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftçi Arena”da təşkil olunan tədbirdə AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi, sabiq FİFA referisi Orxan Məmmədov çıxış edib.
O, “Neftçi”nin üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında məlumat verib.