Ermənistanda Azərbaycan suları satılır – FOTO

X sosial şəbəkə platformasında “Şuşik” adlı erməni istifadəçi Gümrü aeroportunda Azərbaycan istehsalı “Badamlı” suyunun satıldığını iddia edib. Viral.az globalinfo.az-a istinadla xəbər verir ki, o bununla bağlı X hesabında foto paylaşıb. İddiaya görə, sözügedən foto Ermənistan Teleqram kanallarında yayılıb. Bəzi Ermənistan vətəndaşları son zamanlar sərhəd ərazilərdə Azərbaycan və Türkiyə məhsullarının satışına rast gəlindiyini bildiriblər. Məsələ sosial…

Ətraflı

Votsap işlədənlərin nəzərinə – Oktyabrın 1-dən…

Vatsap 1 oktyabrdan bəzi köhnə telefon modellərini dəstəkləməyəcək. Viral.az  xəbər verir ki, Vatsap 1 oktyabr 2024-cü il tarixindən etibarən iPhone 7 də daxil olmaqla bəzi köhnə modellər üçün dəstəyi dayandıracaq. Bu siyahıdakı cihazlar artıq vatsapın yeni yeniləmələrini ala bilməyəcək. Oktyabrın 1-dən etibarən vatsapın dəstəkləməyəcəyi modelləri təqdim edirik: 1- iPhone 7 2- iPhone 7 Plus 3-…

Ətraflı

Bu rayonlarda hava 4 gün pis keçəcək

Sentyabrın 24-ü gündüzdən 27-dək bəzi rayonlarda hava şəraitinin qeyr-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə ( Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə…

Ətraflı

İlham Əliyev iranlı həmkarına başsağlığı VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident, Təbəs şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz…

Ətraflı

ADY-nin iştirakı ilə Çində geniş müzakirələr aparılıb

Azərbaycan Orta Dəhlizin inkişafı istiqamətində birgə səylərin müzakirəsinə qoşulub Viral.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, qurumun sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında “China Railway Express” (Sian) şirkətinin təşkilatçılığı ilə keçirilən “Qlobal Tərəfdaşlarla Görüş – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Forumu”nda iştirak edib. Forum çərçivəsində ADY-nin nümayəndə heyəti…

Ətraflı

Goranboyda əmək hüquqlarını pozan şirkət 20 min manat CƏRİMƏLƏNDİ

Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib. Goranboy rayon prokurorluğundan Viral.az–a verilən məlumata görə, “HAYAT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Goranboy rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir…

Ətraflı

Prezidentdən bu universitetlə bağlı SƏRƏNCAM

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycanın ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib. Viral.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan ali təhsil müəssisələri…

Ətraflı

Onlara aylıq müavinətlər təyin ediləcək – FƏRMAN

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1133-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilib. Viral.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Dəyişikliyə əsasən, əmək…

Ətraflı

İlham Əliyev Baş nazirin müavinini işdən ÇIXARDI

Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Ə.Əhmədov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. O, yeni çağırış parlamentin ilk iclasında Milli Məclis sədrinin birinci müavini seçilib.

Ətraflı

Onlar da ARB-yə KEÇDİ

İslam Mehrəliyev və Zarina Qurbanova da ARB TV-də çalışacaq. Viral.az olay.az-a istinadla xəbər verir ki, aktyorlar “Göydəndüşmə” adlı layihə ilə tamaşaçı qarşısına çıxacaq. Onların proqramlarının formatı və vaxtı barədə isə yaxın günlərdə məlumat veriləcək. Qeyd edək ki, İslam bundan öncə “Space” TV-də çalışırdı.

Ətraflı

Tələbələrin köçürülməsi YEKUNLAŞDI

2024-2025-ci tədris ili üçün təhsilalanların köçürülüməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib. Bu barədə Viral.az-a  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu portal.edu.az vasitəsilə 25 iyul-1 avqust tarixində aparılıb. Qeyd edilib ki, elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub. Ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin,…

Ətraflı

COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir

COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Viral.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib. Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan dövlətimizin başçısı bütün qitələrdə dostlarımızın sayının artdığını söyləyib….

Ətraflı

Bu deputatlar Milli Məclisdəki vəzifələrini İTİRDİLƏR

VII çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında komitələrin sədrləri və müavinləri seçilib. Viral.az modern.az-a istinadla xəbər verir ki, yeni seçkilər bəzi komitələrdə dəyişikliklərə səbəb olub. Belə ki, VI çağırışda komitə sədri və ya müavin vəzifəsini tutan bəzi parlamentarlar bu dəfə həmin postdan kənarda qalıblar. Ziyafət Əsgərov Milli Məclis sədrinin müavini seçildiyindən ona Müdafiə, təhlükəsizlik…

Ətraflı

“Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik”

“Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir”. Viral.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib. “Bizə qarşı…

Ətraflı

Yağış yağıb, dolu düşüb – FAKTİKİ HAVA

Sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən bəzi rayonlara yağış, dolu düşüb. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Qazax rayonunun Alpout, Dəmirçilər, Ürkməzli, Çaylı, Ortasalahlı, Aşağısalahlı və Qazaxbəyli, Daşsalahlı kəndlərinə qısamüddətli yağış yağıb, dolu düşüb, dolunun diametri təxminən 10-15 mm olub.

Ətraflı

Onlar ilk dəfə Milli Məclisdə bu vəzifəyə seçildilər

Xəbər verdiyimiz kimi, bu gün yeddinci çağırış Milli Məclisin komitələrinin sədrləri seçilib. Viral.az xəbər verir ki, onların arasında ilk dəfə komitə sədri seçilənlər var. Belə ki, Arzu Nağıyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Anar İsgəndərov Elm və təhsil komitəsinin, Polad Bülbüloğlu Mədəniyyət komitəsinin, Şahin İsmayılov…

Ətraflı