Bizə yeni Konstitusiya lazımdır – Paşinyan xalqa müraciət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Konstitusiya Günü münasibətilə xalaq müraciət edib. Viral.az xəbər verir ki, Paşinyan müraciətində ölkənin yeni Konstitusiyaya ehtiyacının olduğunu bildirib. O deyib ki, Ermənistanda da konstitusiya qurucusu kimi bütövlükdə xalq çıxış edir. Baş nazir xatırladıb ki, vətəndaşlar Konstitusiyanın mətnində qurduqları dövlətdə yaşamaq qaydalarını qeyd etməlidirlər. “Buna uyğun olaraq Konstitusiya vətəndaşların öz…

Ətraflı

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin olundu

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının qərarı ilə Vüsal Məsiyev qurumun icraçı direktoru vəzifəsinə təyin olunub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq İSB-dən bildirilib. O, bu vəzifədə Rəşad Əhmədovu əvəz edib. V.Məsiyev vaxtilə İSB-nin Baş İnformasiya Meneceri vəzifəsində çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST)…

Ətraflı

Azad olunan ərazilərdəki iş yerlərinin monitorinqi aparılır

İşğaldan azad olunan ərazilərdəki iş yerlərinin monitorinqi aparılır.   Viral.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə deyib.   Nazir müavini qeyd edib ki, əmək münasibətlərində uyğunsuzluqlar aşkar olunduqda dərhal tədbir görülür….

Ətraflı

Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

İyulun 5-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   DİN-in Mətbuat Xidmətindən Viral.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.    Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və…

Ətraflı

Havada tozun miqdarı normadan artıqdır

Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq  toz müşahidə olunur.   Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Viral.az-a bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.2- 1.4 dəfə artıqdır.    “Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi  gözlənilir”.

Ətraflı

Azərbaycanda bu tarixdə GÜCLÜ istilər olacaq: 50 dərəcədən yuxarı…

Son bir neçə gündür dünyanın müxtəlif ölkələrində anormal istilər qeydə alınır. Hindistanın Uttar Pradeş ştatında parlament seçkisi üzrə səsvermənin son günündə istilər səbəbindən azı 33 nəfər seçki məntəqəsi işçisi ölüb. Bu barədə ştatın seçki komissiyasının rəhbəri Navdip Rinva jurnalistlərə bildirib. Ölənlər arasında seçki komissiyalarının əməkdaşları, sanitar xidmət işçiləri və mühafizəçilər var. Komissiya rəhbəri deyib ki,…

Ətraflı

Bakıda sirli bina: İçərisində ruhlar gəzir? – VİDEO

Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində sirli bina yerləşir. Viral.az xəbər verir ki, qəzalı vəziyyətdə olan bu bina ilə bağlı sosial şəbəkələrdə müəyyən fərziyyələr yayılıb. Bəziləri binanın içərisinin siçanlarla dolu olduğunu deyir, bəziləri isə binada ruhların dolaşdığını bildirirlər. Qeyd edək ki, sözügedən bina vaxtilə Xarici Dillər Universitetinin alman dili korpusu olub. Daha sonra bina yataqxana kimi…

Ətraflı

Bu portal eyni evin bir neçə şəxsə satılmasının qarşısını alacaq – VİDEO

Azərbaycanda daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı vahid elektron portal hazırlanır. Viral.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri üzrə Dövlət Xidməti məlumat yayıb. Layihənin məqsədi evlərin sənədləşdirilməsində bütün proseslərin həmin portal vasitəsilə tam elektronlaşdırılması və rəqəmsal idarəetmə yaratmaqdır. Hazırda nəzərdə tutulan informasiya vasitəsində mənzillərlə bağlı xüsusi modul yaradılacaq ki, bu da tikinti…

Ətraflı

Cenevrə Ofisinin Baş direktoru Azərbaycana gəldi

Ölkəmizə səfəri çərçivəsində BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.   Fonddan Viral.az-a verilən məlumata görə, görüşdə Heydər Əliyev Fondu ilə BMT arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, COP29 çərçivəsində iki qurumun birgə fəaliyyətinə dair layihələr müzakirə edilib.   Azərbaycanın bu il…

Ətraflı

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – SİYAHI 

“İctimai nəqliyyatda qiymətlər artdıqdan sonra onlarla insan güzəşt edilməsi ilə bağlı mənə müraciət edib”.  Viral.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev ARB telekanalına müsahibəsində deyib. O, sosial şəbəkələr üzərindən araşdırmalar apardığını bildirib. Sitat: “Dünyanın bir çox ölkələrində tələbələr, həssas təbəqə və yaşlı insanlar üçün güzəştlər nəzərdə tutulur. Elə qonşu Türkiyədə də bu praktikadan geniş istifadə olunur….

Ətraflı

Viktor Orban sabah Azərbaycana GƏLİR

Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.   Viral.az xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib.   Onun sözlərinə görə, Baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək.   “Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək….

Ətraflı

Konstitusiya Məhkəməsində İraqın Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

İyulun 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri Faiq Zidanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.   Viral.az xəbər verir ki, görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, bu səfər Azərbaycan üçün tarixi hadisələrin cərəyan etdiyi…

Ətraflı

Vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı

“İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.   Bu barədə Viral.az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.   Bildirilib ki, araşdırmalarla qeyd olunan Kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan…

Ətraflı

Müsavat seçkilərdə iştirak qərarı verdi

İyulun 4-də Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib. Viral.az xəbər verir ki, partiyanın mətbuat xidmətinin məlumatına görə, iclasda sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub. Məclis Müsavat Partiyasının 1 sentyabr seçkisində iştirak etməsi barədə qərar qəbul edib.  Məclis həmçinin deputatlığa namizədlərin irəli sürülməsi və digər prosedur məsələlərlə bağlı operativ qərarların qəbul edilməsi üçün…

Ətraflı

Xalq artisti korrupsiyaya görə SAXLANILIB? – AÇIQLAMA

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirib. Viral.az xəbər verir ki, oxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatının alındığı, habelə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin saxlanıldığı bildirilir. Onların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da…

Ətraflı

Bu rayonlarda 3 gün qaz olmayacaq

Sabahdan başlayaraq 3 gün ərzində Ağsu və Kürdəmir rayonlarının təbii qaz təchizatında fasilə yaranacaq. Bu barədə Viral.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, fasiləyə səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt” yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaznəqli sisteminə birləşdirilməsidir. Odur ki, “Ağsu” və “Kürdəmir” ölçü qovşaqlarından qaz…

Ətraflı

Azərbaycan XİN ABŞ-ni təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarını (ABŞ) 4 İyul – Müstəqillik Günü münasibətilə təbrik edib. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib: “ABŞ-ni 4 İyul – Müstəqillik Günü münasibətilə təbrik edirik. Bütün amerikalılara xoş bir bayram arzulayırıq”.

Ətraflı

Müdafiə Nazirliyi iki generalı ehtiyata buraxdı

Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov vəzifələrindən azad ediliblər. Viral.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb. Generallar Ağayev və Eminov ehtiyata buraxılıblar. Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə…

Ətraflı

Əhalinin 84%-i Ermənistanla sülh istəyir – SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu barədə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.   Mərkəzdən Viral.az-a verilən məlumata görə, 2024-cü ilin iyun ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 83.8%-i “bəli, dəstəkləyirəm”, 13.5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.7%-i bu…

Ətraflı