Mərkəzi Bankda yeni TƏYİNAT

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni yaradılmış 3 departamentə direktorlar təyin edilib.   Viral.az xəbər verir ki, Pənah Bənnayev Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin, Müşfiq Əmirov Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin, Kəmalə Qurbanova isə Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin rəhbərliyinə gətirilib. Sonuncu indiyə qədər Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru olub.  …

Ətraflı

“Brent” neftin qiyməti cüzi artıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyəri 0.26% artaraq 1 barelə görə 84.44 ABŞ dolları təşkil edib.   Viral.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0.39% artaraq 1 barelə görə 78,79 ABŞ dolları…

Ətraflı

Azərbaycan neftin qiyməti 85 dolları ÖTÜB

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3 dollara yaxın bahalaşıb.   Viral.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,59 ABŞ dolları, yaxud 3,1 % artaraq 85,05 ABŞ dolları təşkil edib.   Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.   Xatırladaq…

Ətraflı

Mərkəzi Bankın strukturunda dəyişiklik

Azərbaycan Mərkəzi Bankının strukturunda bəzi dəyişikliklər edilib.   Viral.az xəbər verir ki, AMB-nin Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti, o cümlədən Əməliyyat riskləri şöbəsi ləğv edilib.   Əvəzində Data, Kapital bazarı fəaliyyətinə nəzarət, Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə, Maliyyə texnologiyaları və innovasiyalar, Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət, Sədrin ofisi və Sığorta…

Ətraflı

2024-cü ildə büdcə kəsiri proqnozlaşdırılan məbləğdən az olacaq

Yenidən baxılan dövlət büdcəsi layihəsində dövlət büdcəsinin kəsirinin 764,3 mln. manat artırılaraq 3354,3 mln. manat olması nəzərdə tutulub. Təqdim edilmiş məlumatlara əsasən, kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin olunacağı qeyd edilib.   Viral.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının…

Ətraflı

Mərkəzi Banka sayca 10-cu baş direktor təyin edildi

Azərbaycan Mərkəzi Bankına (AMB) daha bir baş direktor təyin edilib. Viral.az quruma istinadən xəbər verir ki, bu, Vüsal Xəlilovdur. Bununla da, AMB-nin baş direktorlarının sayı 10-a çatıb. V.Xəlilov 1987-cı ildə Şəkidə anadan olub, 2008-ci ildə Bakı Dövlət Universitetini “İnformatika” ixtisası üzrə bakalavr, 2011-ci ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib, 2015-ci ildə ADA Universiteti…

Ətraflı

Azərbaycanda əmək haqqı fondu ARTIRILACAQ

“Bu il əmək haqqı fondu 23 milyard manata çatdırılacaq”. Viral.az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında belə deyib. “Bizim üçün Dövlət Sosial Müdafiə Fondunda əsas məsələ əmək haqqı fondudur. Ötən ilin son göstəricisinə görə, əmək haqqı fondu 21 milyard manatdan bir…

Ətraflı

Sosial ödənişlər 11 % artıb

Bu ilin I rübündə Azərbaycanda sosial ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çox olub. Viral.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Anar Kərimov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı…

Ətraflı

Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanları müzakirə edilib

Azərbaycanda Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub.   Bu barədə Viral.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.   Bildirilib ki, ictimai müzakirə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, KOBİAvə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Agentlik yanında İctimai Şuranın…

Ətraflı

Nazir dövlət büdcəsinə yenidən baxılmasının şərtlərini AÇIQLADI

“Böyük Qayıdışa dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, bir sıra yeni infrastruktur layihələrinin həyata keçirilməsi, beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclər və digər zəruri əsaslı alışlar üzrə əlavə maliyyə təminatının yaradılması dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirir.   Viral.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov…

Ətraflı

Dövlət büdcəsinə yenidən baxılır – Səbəbləri AÇIQLANDI

“Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması, onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılması mühüm şərt kimi göstərilib və burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib. Viral.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin…

Ətraflı

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Viral.az xəbər verir ki, avronun məzənnəsi 0,4 % artaraq 1,8442 manat, Rusiya rublunun məzənnəsi isə 0,5 % artaraq 0,0190 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1,7000 1 Avro 1,8442 1 Rusiya rublu 0,0190

Ətraflı

Gömrük rüsumları üzrə daxilolmalar ARTIR

2024-cü il dövlət büdcəsinın gəlirlərinin 1 milyard 757 milyon manatının və yaxud 4,8 %-nin gömrük rüsumları üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.   Viral.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.   Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 19,1 % və ya 282 milyonmanat çoxdur.   Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı…

Ətraflı

Naxçıvan büdcəsinin gəlir və xərcləri artırıldı

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə, yəni 22,9 milyon manat (4,4 faiz) artırılmaqla 539,3 milyon manat təşkil edəcək.   Viral.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən yanacağın daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına çatdırılması məqsədilə çəkilən əlavə xərclərin qarşılanması üçün nəzərdə tutulmuş 6,8 milyon manat vəsait…

Ətraflı

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin kreditorlarının NƏZƏRİNƏ!

Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün 2007-ci ildə yaradılmış və fəaliyyətə başlamışdır.   Viral.az xəbər verir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2017-ci ildə ƏSF-yə əlavə olaraq bankların ləğvetmə funksiyası həvalə edilib.   Sözügedən funksiyanın həvalə edilməsi ilə Fond ləğv prosesində olan bankların aktivlərinin idarə edilməsini həyata keçirərək bankların digər şəxslər qarşısında olan…

Ətraflı

Azərbaycanda 2 bankın ləğv prosesi yekunlaşdırıldı

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın – “Azərbaycan Kredit Bankı” ASC və “Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılıb.   Bu barədə Viral.az-a ƏSF-dən bildirilib.   “2024-cü ilin əvvəlində Fondun ləğvetməsində 23 bank olub, onlardan 6-sı üzrə bu prosesin başlanması 2020-ci…

Ətraflı