Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün 2007-ci ildə yaradılmış və fəaliyyətə başlamışdır.
Son Yazılar:
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
Viral.az xəbər verir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2017-ci ildə ƏSF-yə əlavə olaraq bankların ləğvetmə funksiyası həvalə edilib.
Sözügedən funksiyanın həvalə edilməsi ilə Fond ləğv prosesində olan bankların aktivlərinin idarə edilməsini həyata keçirərək bankların digər şəxslər qarşısında olan öhdəliklərinin icra edilməsi və qalan aktivlərin bank səhmdarları arasında bölüşdürülərək ləğv prosesinin mümkün qədər sürətlə və effektiv şəklildə başa çatdırılması vəzifəsini də yerinə yetirməyə başlayıb.
2024-cü ilin əvvəlində Fondun ləğvetməsində 23 bank olmuş, onlardan 6-sı üzrə bu prosesin başlanması 2020-ci ildən sonrakı dövrə təsadüf etmişdir. Fondun ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın – “Azərbaycan Kredit Bankı” ASC və “Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılıb.
Ləğv prosesində olan 4 bank – “Royalbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Gəncəbank” ASC və “Dəmirbank” ASC üzrə isə sonuncu növbədə olan təminatsız kreditor tələblərinin ödənilməsi icra edilir.
Əlavə olaraq qeyd edək ki, 2020-ci ildən hazırkı vaxtadək olan dövr ərzində sığorta hadisəsi baş vermiş 6 bankın əmanətçilərinə 893.598.111 manat ekvivalentində kompensasiya, Fonda ləğvetmə funksiyasının həvalə edildiyi dövr ərzində isə ləğv prosesində olan bankların öhdəlikləri üzrə sonuncu növbəlilikdə olan kreditorlarına ümumilikdə 32.236.851 manat məbləğində vəsait ödənilib və bu proses davam etməkdədir.
Qanunvericiliklə bankların ləğv prosesinin bitməsi üçün konkret müddət müəyyən edilməsə də Fond tərəfindən qanunvericiliyin bu prosesə kompleks yanaşması nəzərə alınaraq ləğvetmənin mümkün qədər sürətli və effektiv şəkildə başa çatdırılması prinsipi əsas götürülməklə aparılmış məqsədyönlü iş və uğurlu fəaliyyət nəticəsində daha bir bank – “Bank of Azerbaijan” ASC-nin ləğv prosesinin tamamlanması istiqamətində növbəti mühüm mərhələ başa vurulub.
Məlumat üçün qeyd edək ki, “Bank of Azerbaijan” ASC 01.02.2016-cı il tarixli məhkəmə qərarı ilə müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin bankın qorunan əmanətçilərinə 24.206.716,38 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.
Yuxarıda qeyd edilənlərin davamı olaraq bildiririk ki, Ləğvedici tərəfindən ləğv prosesinin sürətli və effektiv şəkildə həyata keçirilməsi istiqamətində aparılmış işlərin və görülmüş tədbirlərin nəticəsi olaraq artıq “Bank of Azerbaijan” ASC üzrə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi ilə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə əsasən ilk növbədə olan Fondun reqres hüququ üzrə tələblərinin ödənilməsi tamamlanmış və növbəti ödəniş növbəsinə keçilmişdir.
29.05.2024-cü il tarixdən başlayaraq “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinin tələbinə uyğun olaraq növbəti mərhələ üzrə – bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödənişlərin həyata keçirilməsinə başlanılacaqdır.