Myanmanın Mandalay şəhərindən 53 kilometr məsafədə 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Viral.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ 1,2 milyondan çox əhalisi olan Mandalaydan 53 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.
Son Yazılar:
- İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işi üzrə ibtidai istintaq TAMAMLANIB
- İraqın Baş naziri İlham Əliyevi təbrik ETDİ
- “Dədə Qorqud” şadlıq evinin fəaliyyəti dayandırıldı
Tələfat və dağıntı barədə məlumat verilmir.
Xatırladaq ki, martın 28-də Myanmada 7,7 maqntudalı güclü zəlzələ baş verib. Bunun ardınca 6,4 bal gücündə ikinci yeraltı təkan qeydə alınıb. Yeraltı təkanlar 5 ölkədə – Tailand, Banqladeş, Hindistan, Laos və Çində də hiss olunub.