Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Litvaya qalib gəlib.
Viral.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda meydan sahiblərini 2:0 hesabı ilə üstələyib.
Vilnüsdəki “Jalgiris” stadionunda təşkil edilən qarşılaşmada yığmanın qollarını Manya Esra (21) və Nigar Mirzəliyeva (55) vurub.
Son Yazılar:
- Oturaq həyat tərzi bu xəstəliklərin baş qaldırmasına səbəb olur
- Azərbaycanda sabiq deputatın qızı anasını AXTARIR: 18 ildir üzünü görmür
- İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işi üzrə ibtidai istintaq TAMAMLANIB
Qeyd edək ki, Azərbaycan yığması aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib. Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə üstələyib.