Xəbər verdiyimiz kimi, Tovuzda evdən qaçan məktəbli qız Gəncədə tapılıb.
Viral.az-ın məlumatına görə, məktəbli niyə bu addımı atmasından və harada qaldığından danışıb.
“Gəncəyə getmək, fikrimi dağıtmaq istəyirdim. İzlədiyim filmlər psixologiyamı pozmuşdu. Gecəni binanın blokunda qaldım. Səhəri gün isə mağazaya gedib özümə yeməyə şirniyyat filan aldım”.
Son Yazılar:
- İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işi üzrə ibtidai istintaq TAMAMLANIB
- İraqın Baş naziri İlham Əliyevi təbrik ETDİ
- “Dədə Qorqud” şadlıq evinin fəaliyyəti dayandırıldı
Məktəblinin müvafiq izahatı alındıqdan sonra ailəsinə təhvil verilib.
Ailəsi qızın səhhətinin qaydasında olduğunu bildirib. Məktəbli özü isə atdığı addıma görə ailəsindən üzr istəyib.
Ətraflı: “Xəzər Xəbər”in videomaterialında: