Bir neçə il əvvəl ailə quran aktyorlar Murad İsmayıl və Ülviyyə Xəlilbəyova ayrılıblar.
Viral.az xəbər verir ki, bu barədə Ülviyyə özü sosial şəbəkədə bildirib. O Muraddan ayrılmağı ilə bağlı status paylaşıb:
“Mən və həyat yoldaşım heç bir zaman ailəmizlə gündəmdə qalmaq istəməmişik. Müəyyən səbəblər üzündən istəməsək də, belə alındı. 6 il ərzində bu ailəni qorumaq, uşaqlarımız üçün çox çabaladıq. Amma bəzən olmur. Hər iki tərəfin razılığı və qərarı ilə övladlarımızın sağlam psixologiyası üçün münasibətimizi sonlandırdıq. Qərarımıza hörmətlə yanaşan hər kəsə təşəkkürlər”.
Son Yazılar:
- İsrail ABŞ ilə ticarət kəsirini sıfıra endirməyə hazırdır
- ABŞ aprelin 9-dan Çinə 104 % rüsum tətbiq etməyə başlayacaq
- ABŞ İrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək
Xatırladaq ki, cütlüyün iki azyaşlı oğlu var.