Ağdamda minik avtomobili velosipedlə hərəkətdə olan 15 yaşlı uşağı vurub.
Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
2009-cu il təvəllüdlü Hüseynli Vüsal Ramil oğlu velosipedlə yolu keçmək istəyərkən “90-UX-771” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili onu vurub. Vüsal Hüseynli təcili-tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Son Yazılar:
- Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI
- İstanbulda aparılacaq danışıqların mövzusu AÇIQLANDI
- Bundesliqa təmsilçisi yeni transferini rəsmən AÇIQLADI
Faktla bağlı araşdırma aparılır.