Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
Viral.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının I qrupunda iyulun 12-də Bakıda Macarıstanla baş tutacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
12 iyul
20:00. Azərbaycan – Macarıstan
Hakimlər: Yelena Pejkoviç, Sanya Rodyak-Karşiç, Qordana Katuşiç, Yelena Kumer.
“Liv Bona Dea Arena”.
16 iyul
21:00. İsveçrə – Azərbaycan
Baş hakim: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova.
“Olimpik De La Pontez” stadionu.
Qeyd edək ki, son iki tur ərəfəsində Azərbaycan millisi 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncüdür.