Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidmətlərinin və ştatlı yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.
Viral.az MN-ə istinadən xəbər verir ki, toplanışda anbarların, saxlancların, açıq saxlama meydançalarının, sexlərin, emalatxanaların, qarajların, parkların və digər yanğın təhlükəli obyektlərin yanğından mühafizə olunma qaydaları, yanğının baş verdiyi anda genişlənməsinin qarşısını almaq üçün görüləcək işlər praktiki olaraq icra edilib.
Son Yazılar:
- Azərbaycanda ZƏLZƏLƏ OLDU
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
Hərbi hissələrin yanğından mühafizə xidməti və ştatlı yanğından mühafizə komanda rəislərinin, həmçinin yanğından mühafizə üzrə müfəttişlərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə iştirakçılara yanğın təhlükəsizliyi tədbirləri izah olunub.
Anbarda baş vermiş şərti yanğının qarşısını almaq üçün öncə mühafizəçinin növbətçiyə ötürdüyü “Anbarda yanğın!” komandası ilə yanğınsöndürən briqadanın fəaliyyəti izlənilib. Yanğın baş verdiyi yerin su şırnakları ilə söndürülməsi, həmçinin təcili yardım briqadasının da hadisə yerinə cəlb edilərək tüstüdən zəhərlənən çalışanların təxliyəsi və onlara ilkin tibbi yardımın göstərilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Təlim-metodiki toplanış yanğından mühafizə xidmətinə cavabdeh şəxslərin yerlərdə yanğından qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin öyrənilməsi ilə başa çatıb.