-->

Toivo Klaar Paşinyanın Azərbaycana etdiyi təklifi dəstəklədi

1719209532 163f05c1 d9a8 40d9 b9d0 a75830ec1da4 850

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmaq təklifini yüksək qiymətləndirib.

Viral.az xəbər verir ki, Toivo Klaar bununla bağlı deyib:

“Gərginliyi azaltmaq üçün Ermənistan-Azərbaycan sərhədində iddia edilən atəşkəs pozuntularının aradan qaldırılması üçün ikitərəfli mexanizm yaratmaq təklifi alqışlanmalıdır.

Son Yazılar:

15 ildir ki, Avropa İttifaqı Gürcüstandakı missiyası vasitəsilə Gürcüstanda analoji görüşlərin təşkilinə kömək edib və öz təcrübəsini bölüşməyə hazırdır”.

Bundan əvvəl Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin tətbiqinə başlamağı təklif edib.