Avropa İttifaqının Rusiyaya qarşı 14-CÜ SANKSİYA PAKETİ

Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib.

 

Viral.az UNIAN-a istinadən xəbər verir ki, digər şeylərlə yanaşı, yeni paketə aşağıdakılar daxildir:

Son Yazılar:

 

– Rusiya LNG-nin Avropa limanları vasitəsilə tranzitinə məhdudiyyətlər tətbiq edilib. Aİ hələlik onu almağa davam edəcək, lakin üçüncü ölkələrə təkrar ixrac qadağan olunacaq;

 

– 27 gəminin daxil olduğu “kölgə” Rusiya donanması ilə bağlı məhdudiyyətlər tətbiq olunur;

 

– “Arctic LNG-2” və “Murmansk LNG” kimi LNG layihələrinin tamamlanması üçün investisiyaların, malların, texnologiyaların və xidmətlərin göstərilməsinin qadağan edilməsi;

 

– İkili istifadə texnologiyalarının ixracına məhdudiyyətlər qoyulmuş 61 şirkətə qarşı sanksiyalar;

 

– Rusiyadan helium idxalına və Rusiya Federasiyasına manqan filizlərinin, bir sıra plastik növlərinin, nadir torpaq elementlərinin, elektron komponentlərin ixracına qadağa;

 

– Avropa aviaşirkətlərinə Rusiyadan fiziki və hüquqi şəxslərin sifarişi ilə dünya üzrə çarter və şəxsi uçuşlar həyata keçirməyi qadağa;

 

– Üçüncü ölkələrə hərbi mallar satan Aİ şirkətləri onların Rusiyaya təkrar ixracı ilə bağlı riskləri müəyyən etməli və qiymətləndirməlidir;

 

– Aİ şirkətləri üçüncü ölkələrdəki “törəmə şirkətlərinin” Rusiya Federasiyasına qarşı sanksiyalardan yan keçməməsinə cavabdehdir;

 

– Avropa mediası, partiyaları və analitik təşkilatlarına Rusiya mənbələrindən maliyyə vəsaiti qəbul etmək qadağandır;

 

– 116 fiziki və hüquqi şəxsə qarşı şəxsi sanksiyalar.