Xəbər verildiyi kimi, Milli Məclis iyunun 21-də növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.
Müraciətdə bildirilib ki, son illər Qarabağda əldə edilmiş tarixi qələbələr, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub.
Deputatlar sadalanan məsələləri, eyni zamanda 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsini nəzərə alaraq, parlament seçkilərinin vaxtının önə çəkilməsini xahş ediblər.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır. Bu baxımdan Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin demokratik prinsiplərə uyğun olaraq şəffaflığı və rəqabətliliyi təmin etməklə yüksək səviyyədə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması dövlətin əsas vəzifələrindən biridir”, – müraciətdə vurğulanıb.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının bu gün keçrilən iclasında isə bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenumu iyunun 27-də saat 10:00-a növbədənkənar seçkilərlə bağlı Prezident sorğusuna baxacaq.
Viral.az xəbər verir ki, Azərbaycan Prezidenti hazırkı parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinə dair Milli Məclisin 21 iyun tarixli müraciətini hələ cavablandırmayıb.
Konstitusiya Məhkəməsinin yaydığı məlumatı (iyunun 27-də növbədənkənar seçkilərlə bağlı Prezident sorğusuna baxılacaq) nəzərə alsaq, onda belə qeyd edə bilərik ki, dövlət başçısı yaxın 3 gün ərzində hazırkı parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsinə dair sərəncam imzalaya bilər.