Culian Assanc həbsdən azad edilib

WikiLeaks-in qurucusu Culian Assanc Böyük Britaniyada həbsdən azad edilib.

Viral.az xəbər verir ki, bu barədə qurum sosial şəbəkələrdə məlumat yayıb.

O, ölkəni təyyarə ilə tərk edib. Assanc indi evinə Avstraliyaya yollanır.

Son Yazılar:

WikiLeaks qeyd edib ki, jurnalist Belmarş yüksək rejimli həbsxananın divarları arasında 1901 gün keçirdikdən sonra onu tərk edib. Açıqlamada deyilir: “Beş ildən çox müddətə iki-üç metrlik kamerada gündə 23 saat təcrid olunmuş vəziyyətdə qaldıqdan sonra o, tezliklə həyat yoldaşı Stella Assanc və atalarını dəmir barmaqlıqlar arxasında görən uşaqları ilə qovuşacaq” .