Makron Putinlə danışıq aparmaq istəyir

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə dialoqu davam etdirmək istəyir.

Viral.az xəbər verir ki, Fransa lideri bu barədə “Generation Do It Yourself” podkastında bildirib.

“Mən dialoqun gücünə inanıram və Vladimir Putinlə dialoqu davam etdirərdim”, – Makron vurğulayıb.

Son Yazılar:

Fransa və Rusiya liderlərinin son aylarda ünsiyyətdə olub-olmaması ilə bağlı suala Makron belə cavab verib:

“Xeyr, amma istisna etmirəm ki, biz bu və ya digər mövzuda, o cümlədən atom elektrik stansiyaları və ya digər mövzularda söhbət edəcəyik”.

Rusiya Ukraynada müharibəyə başlayandan bəri Makron Putinlə ən azı 14 dəfə telefonla əlaqə saxlayıb.

Fransa prezidentinin sözlərinə görə, 2021-ci ilin dekabrından onun Rusiya prezidenti ilə “yüz saatlıq” söhbəti olub.

Sonuncu dəfə iki dövlət başçısı telefonla 2022-ci ilin sentyabrında danışıb.

2023-cü ilin dekabrında Putin deyib ki, Makron özü “yaxşı münasibətləri” bitirib və Fransa prezidentinin təşəbbüsü ilə onunla dialoq dayandırılıb. Rusiya lideri vurğulayıb ki, Paris dialoqa maraq göstərərsə, Moskva dialoqu bərpa etməyə hazırdır.

Fransa prezidenti istehza ilə cavab verib ki, “telefon nömrəsini dəyişməmişəm”.