İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək 24 nəfəri saxlayıb.
Viral.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin bildirdiyinə görə, reydlər xüsusilə İordan çayının qərb sahilindəki Ramallah, Beytləhm və Nablus şəhərlərində həyata keçirilib. Mətbuat xidməti əlavə edib ki, bütün məhbuslar əlavə araşdırmalar üçün yəhudi dövlətinin təhlükəsizlik xidmətlərinə təhvil verilib.
Son Yazılar:
- Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI
- İstanbulda aparılacaq danışıqların mövzusu AÇIQLANDI
- Bundesliqa təmsilçisi yeni transferini rəsmən AÇIQLADI
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi başlayandan bəri İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 4150-yə yaxın adam saxlanılıb. Onlardan təxminən 1750 nəfəri HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilinir.
Yusif EYVAZLI