-->

Bakının bir sıra yollarında TIXAC var 

1719324373 img 20240625 180425 286

Bakının bir sıra yollarında tıxac yaranıb.

 

Viral.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Son Yazılar:

 

Hal-hazırda:

 

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

5. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

6. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

7. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə;

8. Mikayıl Useynov prospekti, Dövlət Bayrağı Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

9. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

12. “20 Yanvar” dairəsində;

13. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.