Bir sıra vergilərin artırılmasına qarşı kütləvi etirazların keçirildiyi Keniyada internetə çıxışla bağlı problemlər qeydə alınıb.
Viral.az xəbər verir ki, bu barədə “NetBlocks” internet monitorinq xidməti məlumat yayıb.
“Real vaxt şəbəkə məlumatları Keniyada internet bağlantısında ciddi pozuntuları göstərir”, – “X”də (əvvəllər “Twitter”) “NetBlocks” səhifəsində yerləşdirilən yazıda bildirilib.
Son Yazılar:
- Səfirliyimizə qarşı terror törədən və arxasında duranlar cəzalandırılmalıdır
- USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır
- Alman maşınları bahalaşdı – bazarda son vəziyyət
Radio və televiziyanın işində fasilələr barədə məlumat verilməyib. Bununla belə, KTN News telekanalı iddia edib ki, Afrika ölkəsinin hakimiyyət orqanları nümayişləri işıqlandırması ilə əlaqədar fəaliyyətini dayandırmaqla hədələyir.
Yusif EYVAZLI