Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub.
Viral.az AZƏRTAC-a istinadən xəbər verir ki, minik avtomobillərinin toqquşması ilə nəticələnən qəza Ələt-Astara avtomobil yolunda qeydə alınıb.
Hadisə zamanı xəsarət alan Şahzadə Göyçayeva, Fatimə Göyçayeva, Abuzər Göyçayev və Rəşad Babayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.